Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

İcra hakimiyyətləri ləğv edilsin! - Təklif yenidən gündəmdə

Baxılıb: 499     Tarix: 18-07-2021 11:59   
İcra hakimiyyətləri ləğv edilsin! - Təklif yenidən gündəmdə

Bir müddət öncə millət vəkili Vahid Əhmədovun təklif etdiyi icra hakimiyyətlərinin ləğvi məsələsi yenidən gündəmə gəlib.

Sosial şəbəkələrdə Azərbaycan Prezidentinin 7 iyul fərmanı ilə ölkədə iqtisadi rayonların 14-ə çatdırıldığı vurğulanmaqla, inzibati ərazi vahidlərinin də bu prinsiplərə uyğun ola biləcəyi ilə bağlı müzakirə açılıb.

Qeyd edilir ki, icra hakimiyyətləri büdcəyə əlavə yük yaradır və yerli özünüidarəetmə orqanlarının inkişafına imkan vermir.

Hökumət İH-ləri ləğv etməklə həm büdcəni əlavə yükdən xilas edə, paralel olaraq yerli bələdiyyələrin inkişafı ilə dövlət büdcəsinə əlavə daxilolmalara nail ola bilər.

İqtisadçı Natiq Cəfərli də eyni təşəbbüslə çıxış edib. O bildirib ki, İcra Hakimiyyəti Başçısı institutunun ləğvi və son yaradılmış iqtisadi rayonların həm də inzibati ərazi vahidinə çevrilməsi nəzərdən keçirilməlidir. Beləliklə, həm yerli özünüidarəetmə orqanları inkişaf edər, böyük şəhərlərdə mer seçilər, eyni zamanda büdcəyə yük olan əlavə strukturdan dövlət qurtulmuş olar.

Xatırladaq ki, Prezident İlham Əliyevin 7 iyulda imzaladığı fərmanla Azərbaycanda 12 iqtisadi rayon artırılaraq 14-ə çatdırılıb.

Bunlar aşağıdakılardır:

1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);

2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

3. Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

5. Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

7. Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

8. Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

9. Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

11. Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

12. Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

14. Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər