Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Türkiyə və ABŞ parlamentariləri Qarabağı müzakirə ediblər

Baxılıb: 3173     Tarix: 27-06-2021 08:20   
Türkiyə və ABŞ parlamentariləri Qarabağı müzakirə ediblər


Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da Amerika-Türkiyə münasibətlərinin vəziyyətini və perspektivlərini, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Sumqayitfakt.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-a səfərin gedişatında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç bildirib.

Nümayəndə heyətində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, həm də ölkənin aparıcı müxalifət strukturlarının nümayəndələri təmsil olunublar.

Türkiyə parlamentinin üzvləri Amerika Senatının hər iki partiyasından olan qanunvericiləri, yəhudi lobbisinin nümayəndələri və ABŞ-ın Ticarət Palatasının üzvləri ilə danışıqlar aparıblar.

"Biz həmsöhbətlərə nümayiş etdirdik ki, Türkiyənin milli maraqları üçün əhəmiyyətli məsələlərdə aparıcı partiyalar vahid cəbhədən çıxış edir", - Kılıc Türkiyənin Vaşinqtondakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-da görüşlərin gedişatında həmçinin Qarabağ mövzusuna toxunulub. "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi barədə çox yaxşı məlumatlandırılıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT səviyyəsində tanınmış reallıqlardır. Biz yenidən ABŞ nümayəndələrinə Ankaranın bu məsələ üzrə mövqeyini çatdırdıq", - o deyib.

Kılıç həmçinin Vaşinqtonda diqqəti Əfqanıstan mövzusuna və Ankaranın əfqan xalqına dəstəyinə hazırlığına yönəldib.

O, xatırladıb ki, ABŞ və Türkiyə arasında Həmid Kərzayi adına Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin olunması məsələsi üzrə texniki danışıqlar davam edir.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər