Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Cozef Bayden Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək

Baxılıb: 50     Tarix: 07-06-2021 22:03   
Cozef Bayden Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək
Cozef Bayden və Rəcəb Tayyib Ərdoğan

ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.

Sumqayitfakt.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.

O, qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.

Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi "iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, - deyə bildirib.

Görüş əsnasında Türkiyənin Əfqanıstandakı danışıqlarda və diplomatiyada oynayacağı rolunun da gündəmdə olacağını qeyd edən Sallivan görüşdə iki ölkənin fərqli mövzularının da gündəmə gələcəyini deyib.

"Prezident Bayden prezident Ərdoğanı çox yaxşı tanıyır və bu iki şəxs bir-birləri ilə çox vaxt keçirdilər. Bayden və Ərdoğan bu fürsətdən istifadə edərək, münasibətlərinin bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər", - Ceyk Sallivan vurğulayıb.

Qeyd edək ki, öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daha əvvəl NATO sammitində ABŞ prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb. Türkiyə lideri bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi müzakirə etməyi planlaşdırır.

"Soruşacam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər