Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

5 İyun Şairlər günüdür - Qələm ancaq sözdən yazar...

Baxılıb: 2190     Tarix: 05-06-2021 02:43   
5 İyun Şairlər günüdür - Qələm ancaq sözdən yazar...
Vüsal Ağayev

5 iyun Mikayıl Müşfiqin və Vagif Səmədoğlunun doğum günüdür. Bu gün həm Azərbaycanda “Şairlər günü” kimi qeyd olunur.

"Xalqımızın gənc şairləri də yaradıcılıqlarında etdikləri uğurları ilə seçilməyi bacarırlar". Bu gün əlamətdar gündür.
"Mən bütün şeir sevənləri və eləcə də bütün qələm dostlarımı, həmkarlarımı bu gözəl gün, özəl gün münasibəti ilə təbrik edirəm! Qələminiz iti, sözünüz kəsərli, təbiniz rəvan, ilhamınız daim çağlar olsun!
Qələm ancaq sözdən yazar.....
“Çünki şeir, ədəbiyyat, şair anlayışı yaradıcı anlayışları ilə uyğun gəlir. Ona görə doğru deyiblər ki, əvvəl peyğəmbərlər, sonra şairlər gəlib dünyaya. Şair xalq və şairlər ölkəsi olmaq yaradıcı xalq və ölkənin müdrik vətəndaşı olmaq kimi anlayışları qəbul edir: “Azərbaycan xalqı şair xalqdır” demək “Azərbaycan xalqı müdrik xalqdır” anlamını ifadə edir. Azərbaycan xalqı bütün istiqamətlərdə yaradıcı xalqdır. Böyük ədəbiyyatın əsas qayəsi mərdlik, Vətən, millət, dil, Ana deməkdir! “Azərbaycan xalqı şairdir” demək “Azərbaycan xalqı mərddir, vətənpərvərdir, ölkəsini sevəndir” deməkdir”.

ŞAİRLƏR

Şair sözə əkinçidir,
Əkdiyindən şeir bitir.
Ay sözün "ilham pərisi",
Mənə də bir səda gətir.

Bir sözün xətrinə şair,
Torpaq qazar, göyə qalxar.
Səmalarda aya dönər,
Yerə Günəş kimi baxar.

Sözlə qaya çapar şair,
Tökər qələmin gücünü.
Şair sözün yolçusudur,
Sözlə doludur xurcunu.

Dəryadı, dənizdi təbi,
Ləpələnir sakit, coşmur.
Şairlər Allah adamı,
Şairlər yalan danışmır.

Şair sözə bəzək vurar,
Şair sözün nazın çəkər.
Çəkilər öz dünyasına,
Bu dünyadan gözün çəkər.

Söz şairin ruh yeridir,
Söz şairin güman yeri.
Şairin gözü tox olur,
Qələmidir uman yeri.

Vüsal Ağayev
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər