Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - ŞƏKİL

Baxılıb: 4103     Tarix: 01-06-2021 09:44   
Onlarla əsgər meyiti zirzəmidə: Ermənistanda rüsvayçı fakt ÜZƏ ÇIXDI - ŞƏKİL

Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərinin kisələrə doldurulmuş qalıqlarının Abovyan şəhərindəki xəstəxana morqunun zirzəmisində necə gəldi atılmasını əks etdirən fotoların yayılması seçki ərəfəsində böyük qalmaqala səbəb olub. Səhiyyə Nazirliyi bu rüsvayçı fakta izahat tapa bilməyib və araşdırma başladıldığını açıqlayıb.

Sumqayitfakt.Az xəbər verir ki, fotolara əsasən əsgər meyitlərinin qalıqlarının doldurulduğu çoxsaylı politelen kisələr morqun zirzəmisində necə gəldi döşəməyə atılıb, üst-üstə qalaqlanıb. Həmin fotoların nə zaman çəkildiyi məlum deyil, amma seçki kampaniyasının qızğın vaxtında yayılması sosial şəbəkələrdə Paşinyan hökumətinə qarşı qəzəb və hiddət doğurub.

Bu fotoların yayılmasından əvvəl itkin düşmüş bir qrup erməni hərbçilərinin yaxınları Yerevanda yolu bağlayaraq etiraz aksiyası keçirmişdi. Onlar bildirirdilər ki, hakimiyyət itkilərlə bağlı səs-küy yaranmasın deyə ölən hərbçilərin meyitlərini uzun müddət soyuducularda saxlayıb. Etirazçılardan biri deyib ki, 200-dən çox cəsəd uzun müddət müxtəlif yerlərdə soyuducularda, o cümlədən meyvə saxlamaq üçün nəzərdə tutulan soyuducularda saxlanılıb. Toplaşanlar deyiblər ki, hakimiyyət itkilərin real sayını hələ də açıqlamır.

Ermənistanda əsgərlərin meyitlərinin “Spayka” şirkətinə məxsus soyuducu TIR-larda saxlanılması faktı daha əvvəldən məlum idi, hakimiyyət isə bildirirdi ki, meyitlərin qalıqları ekspertizadan keçdikdə yaxınlarına təhvil verilir. Lakin hələ də 1500-ə yaxın erməni hərbçisi itkin hesab olunur. Ermənistan tərəfi isə beynəlxalq humanitar təşkilatlar vasitəsilə hay-küy qaldıraraq Azərbaycanı əsirlərin sayını gizlətməkdə, guya hələ də yüzlərlə əsir saxlamaqda günahlandırırdı. İndi isə məlum olur ki, əslində ölən əsgərlərin bir qisminin meyitlərini elə Ermənistanın özündə gizlədirlər, hansısa zirzəmilərdə, kisələrə doldurulmuş halda. Başqa sözlə, öz ordusunun müharibədə ölən əsgərlərinə qarşı adi insani normalara əməl etməyən ölkə Azərbaycanı humanitar normaları pozmaqda günahlandırmaq heç bir əxlaqa sığmır... / Virtualaz.org

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər