Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

“Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan

Baxılıb: 3452     Tarix: 28-01-2021 10:35   
 “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan

Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub.

Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur.

Sumqayitfakt.Az
bizimyol.info-ya istinadla xəbər verir ki, ətraf mühit naziri Romanos Petrosyan mətbuata açıqlamasında başqa problemi də qabardıb. O, Göyçə gölünün əsas qida mənbələrinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: "Sevan gölünün (Göyçə - red.) qidalandığı Vorotan və Arpa (Bərgüşad və Arpaçay – red.) Kəlbəcər ərazisindən keçir. İndi bura Azərbaycanın nəzarətindədir. Barəsində ciddi narahat olacağımız məsələdir”.

Petrosyan jurnalistlərlə söhbətində deyib ki, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə səlahiyyəltəri böyük deyil. Buna görə nazir həm Ermənistanın Müdafiə Nazirliyinə, həm də Baş Nazir Aparatına müraciət edib.

Romanos Petrosyan nazir poztuna 2020-ci ilin iyulundə təyin olunub. 41 yaşlı siyasətçi buna qədər Kotayk vilayətinin qubernatoru vəzifəsini tuturdu. Petrosyan qubernator vəzifəsinə məhz 2018-ci il inqilabından sonra gətirilmişdi. O, nazir postunda keçirdiyi ilk günlərdə müsahibə zamanı Göyçə gölünün problemlərindən danışmışdı. Petrosyan su təsərrüfatından düzgün istifadə edilməməsi nəticəsində ciddi boşluqlar yarandığını demişdi.

Göyçə Cənubi Qafqazın ən böyük gölü sayılır. Göl dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşir. Göyçə sönmüş vulkanlarla əhatə olunub, sahəsi 1243 kvadratkilometrdir. Burada forel balığına çox rast gəlinir.

Göyçə gölünü Ermənistanda "Sevan” adlandırırlar. Razdan çayı mənbəyini məhz buradan götürür. Xüsusilə Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır. Göyçənin su ilə lazımi təminatı üçün Arpaçaydan ora 48.3 kilometr uzunluğunda tunel çəkilib. Gölün ətrafında xeyli qanunsuz tikili inşa olunub. Ermənistan hökuməti illərdir məsələyə məsuliyyətsiz yanaşır. Son illər möhtəkirlik üzündən gölün balıq ehtiyatı xeyli azalıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər