Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Merilin Monronun heç bilinməyən evlilik sirrləri

Baxılıb: 3139     Tarix: 07-09-2018 11:55   
Merilin Monronun heç bilinməyən evlilik sirrləri


Hollivudun əsrarəngiz sarışını Merilin Monro və ABŞ-ın ən uğurlu yazıçısı Artur Millerin sevgi hekayəsinin bilinməyən sirrləri üzə çıxıb.

Sumqayitfakt.Az ölkə.az-a istinadən xəbər verir ki, 36 yaşında intihar edən Merilinin son əri Artur olub.

Artur və Merilin ilk dəfə "Fox film" studiyasında tanış olublar. Miller Merilindən xoşu gəldiyini deyirdi. 1956-cı ilin 29 iyun tarixində cütlük evlənib. İki gün sonra isə yəhudi ənənələrinə uyğun olaraq yenidən evləniblər.

"Həyatım boyu Merilin Monronu canlandırdım. Merilin Monro, Merilin Monro... Hər zaman daha yaxşı iş görməyə çalışdım, nəticə nə oldu? Ancaq özümü təqlid edirdim. Arturun da diqqətini bu cəlb etmişdi. Onunla evlənəndə Arturun köməyi ilə Merilin Monrodan uzaqlaşacağımı düşünürdüm", - deyə aktrisa xatirələrində bildirmişdi.

Merilin məşhurlaşmamışdan əvvəl çətin günlər keçirib. Əsl adı Norma Cin olan Merilin anadan olmadan əvvəl atası onları atır. Buna dözə bilməyən xəstə anası da uşaq dünyaya gəldikdən sonra onları atıb gedir. Merilin klinikalarda, uşaq evlərində çətin şəraitdə böyüyüb. O, Millerə olan sevgisini belə ifadə edirdi:

"İnsanların çoxu atasına heyrandır. Amma mən belə bir insanla rastlaşmamışam. Heyran olacağım bir insana ehtiyacım var".

Artur isə ona belə cavab verib: "Əgər həqiqətən də heyran olacağın bir insana ehtiyacın varsa, bu niyə Abram Linkoln olmasın?".

Amma cütlüyün evlənməsi bəzilərinin də xoşuna gəlməyib. Onları tənqid edənlər də tapılırdı.

Artur sonralar deyirdi: "Merilinlə evləndim amma Norma ilə yaşayırdım. Hər səhər, hər axşam, hər gecə ona təsəlli verməkdən yoruldum".

Cütlük 1961-ci ilin 11 noyabr tarixində boşandı. Geriyə isə Merilinin toy fotolarının arxasına yazdığı "Hope, Hope, Hope (ingilis dilindən tərcümədə ümid mənasını verir)" yazısı qalıb.

Merilin Arturdan iki dəfə hamilə qalsa da, uşaqların ikisi də ana bətnində tələf olub.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər