Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Məktəbli qızı zorlayanlar bəraət aldılar...- Sumqayıtda

Baxılıb: 31 289     Tarix: 23-12-2015 20:01   
Məktəbli qızı zorlayanlar bəraət aldılar...- Sumqayıtda
Sumqayıtfakt.az

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakinləri Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevin CM-nin 150.2.1 (seksual xarakterli zorakılıq hərəkətləri bir qrup şəxs tərəfindən törədildikdə), 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri təkrar törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, ittiham aktına görə, 2014-cü il dekabrın 9-da təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər.

Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbin 9-cu sinfində təhsil alan qızı zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza hədə-qorxu gələrək, onu şantaj ediblər. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkən valideynləri ilə birgə RPŞ-nə müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Qədirli 6 il 6 ay, digər təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar, onların barəsində başqa yerə getməmək haqda qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalında həbs ediliblər.

Hökmdən müdafiəçilər apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxslər barədə bəraət çıxarılmasını xahiş ediblər.

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq Elməddin Qədirli və qeyriləri barəsində bəraət hökmü çıxarıb, qərara əsasən məhkum olunan şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
(Moderator.az)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər