Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Ermənilər narahatdır - Odundağ əməliyyatı ətrafında ilginc gəlişmə

Baxılıb: 2842     Tarix: 27-01-2016 12:06   

Müdafiə Nazirliyi: “Düşmən o qədər qorxu, səksəkə içindədir ki, hər tərəfdə onun gözünə Azərbaycan əsgəri görünür”

Ermənilər narahatdır
Sumqayıtfakt.az

Azərbaycan ordusunun Ermənistanla sərhəddəki strateji yüksəkliyi ələ keçirdiyi barədə yayılan məlumat ciddi rezonansa səbəb olub. Ermənistan KİV-nə istinadən yayılan xəbərdə bildirilir ki, Noyamberyan rayonunun Baqanis kəndinin sakinləri (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd) yaxınlıqdakı strateji yüksəkliyin Azərbaycan ordusunun nəzarətinə keçdiyini deyiblər.

Ermənilərin sözlərinə görə, Odundağ adı verilən yüksəklikdən bütün Baqanis kəndi və ətraf ərazilər asanlıqla görünür. Erməni jurnalistlər həmin yüksəkliyin fotolarını da çəkib.
Ermənilər narahatdır

Azərbaycan Müdafiə Nazirliyi də Odundağ yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Ermənistan KİV-ləri isə Azərbaycan Silahlı Qüvvələrinin Odundağ dağının sol ətəyində yer işləri həyata keçirməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, bu dağın strateji əhəmiyyəti var və Azərbaycan əsgərləri onun təpəsində atəş nöqtəsi yerləşdiriblər. Bildirilir ki, yeni dayaq məntəqəsi Baqanis kəndinin mərkəzindən aydın görünür.


Mətbuatda yayılan bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər hətta hərbi xidmətini bu ərazidə çəkdiyini yazaraq yayılan məlumatların doğruluğuna şübhə ilə yanaşıb.

Mühacirətdə olan polkovnik İsa Sadıxov isə qeyd edib ki, Odundag heç vaxt ermənilərdə olmayıb.

Təbii ki, Qarabağ cəbhəsindəki qələbə xəbəri üçün hamımız darıxmışıq. Bu kimi məlumatlara həssaslığımızın da birinci səbəbi elə qələbə tamarzısı olmağımızdır. Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi barədə xəbər ilk baxışdan çox sevindirici və qürurvericidir. Müdafiə Nazirliyi xəbəri təsdiqləyib. Ancaq belə yanaşmalar da var ki, belə məsələlərdə ehtiyatlı olmalıyıq. Sual olunur, niyə erməni KİV-ləri məhz bu ərəfədə Azərbaycan ordusunun qələbəsi barədə xəbəri tirajlayıb? Bəzi müşahidəçilər hesab edir ki, bu xəbərin Ermənistan KİV-lərində məhz indi yayılması 26 yanvarda Strasburqda keçirilən Qarabağ müzakirələrinə əngəl üçün düşünülüb. Ermənilər Qarabağa aid 3 qətnamənin qəbul olunmaması üçün dəridən-qabıqdan çıxırdı, Minsk Qrupunu da öz tərəflərinə çəkməyə nail olmuşdular. Ona görə də rəsmi qurumların bu xəbərə reaksiyası zamanı Ermənistanın 20 ildən çoxdur Qazax rayonunun 7 kəndini işğalda saxlaması faktı xatırlanmalıydı. Odur ki, Ermənistan bu xəbəri dövriyyəyə buraxmaqla mümkündür ki, KTMT-ni və konkret olaraq Rusiyanı qıcıqlandırmaq istəyir. Yeri gəlmişkən, məhz bunun ardınca erməni tərəf Azərbaycan ordusunun təxribat-diversiya hərəkətləri həyata keçirdiyi barədə dezinformasiya yayıb. Ona görə də ekspertlər düşmənin yaydığı xəbərlərə münasibətdə ehtiyatlı olmağımızı tövsiyə edir.

Ermənilər narahatdır

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyinin Odundağ yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi ilə bağlı xəbəri geniş səs-küyə və müzakirələrə səbəb olub: “Mən də bu xəbərə ürəkdən sevinənlərdən biriyəm və hesab edirəm ki, bu, düşmən tərəf üçün çox ciddi xəbərdarlıq olmalıdır. Əgər biz gündəlik atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlara diqqət etsək, görərik ki, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyi istiqamətində mövqelərimiz saysız-hesabsız atəşə məruz qalıb. Yəni bu istiqamət bizim ordunun ön xətdə dayanan əsgərləri üçün hər zaman böyük təhlükə mənbəyi olub. Ona görə də hesab edirəm ki, Şəmkir hərbi birləşməsinin komandanlığının qəbul etdiyi qərar çox doğru və düzgündür”.


Ü.Cəfərov xüsusi bir qeydini də bölüşdü: “Yeganə narahatlığım bu xəbərin rəsmən elan olunmasındandır ki, bundan da bizi istəməyən qüvvələr öz maraqları naminə istifadə edə bilərlər. Əslində erməni tərəfindən açıqlanan bu xəbərin mahiyyətində bir az da təxribat elementləri hiss edirəm. Çünki onların məhz yanvarın 26-da Strasburqda AŞ PA-nın ATƏT-lə birgə ölkəmiz üçün mühüm bir müzakirə ərəfəsində bu məsələni hiyləgərcəsinə gündəmə gətirməsi tamam başqa məqsədlərə hesablanmış hərəkət kimi qəbul edilməlidir. Yəni bununla Ermənistan tərəfi guya Azərbaycanın atəşkəs rejiminə əhəmiyyət vermədiyi və hətta bədnam qonşularımıza hansısa təhlükə törətmək istəməsi görüntüsünü yaratmaq istəyirlər. Bu da ”oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" zərb-məsəlini xatırladır. Yenə qeyd etmək istəyirəm ki, əslində bu, çox yaxşı xəbərdir və sadəcə, biz belə mühüm məsələlərdə bir qədər diqqətli və ehtiyatlı olmalıyıq".

Ermənilər narahatdır

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə “Yeni Müsavat”a açıqlamasında yayılan məlumatı bir daha təsdiqlədi: “Məsələnin siyasi tərəfi ilə bağlı suallara cavab verə bilməyəcəyəm. Amma erməni mətbuatının və bizim mətbuatın yaydığı məlumatı biz sadəcə olaraq təsdiq etdik”. MN sözçüsü yüksəklik uğrunda əməliyyatın nə zaman keçirildiyini də konkretləşdirmədi: “Onu deyə bilməyəcəyəm. Biz bu barədə məlumatda əməliyyatın nə zaman keçirildiyini açıqlamamışıq, sadəcə olaraq, faktı təsdiqləmişik ki, yüksəklik bizim nəzarətimizdədir”.

“Düşmənin hər hansı təxribatına qarşı ordumuz hansı tədbirləri görür” sualının cavabında V.Dərgahlı bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhəboyu - qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

MN rəsmisi Ermənistanın Azərbaycan ordusu ilə bağlı yaydığı dezinformasiyaya da reaksiya verdi: “Erməni tərəfi iddia edir ki, Azərbaycan ordusu diversiya-təxribat törədib. Ancaq bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir fəaliyyət həyata keçirməyib. Düşmən o qədər qorxu, səksəkə içindədir ki, hər tərəfdə onun gözünə Azərbaycan əsgəri görünür”.(musavat.com)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər