Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Sərvər KAMRANLIdan MİNİATÜR HEKAYƏLƏR

Baxılıb: 2782     Tarix: 15-02-2016 23:02   
Sərvər KAMRANLIdan

"TOPAZ"

İstirahət günü olduğundan metroda adam seyrək idi. Nəinki yaşlılar və qadınlar, hətta oğlanlar üçün də oturmağa yer vardı. Bir neçə stansiya yol getmişdim ki, növbəti stansiyada qatara bir ağsaqqal mindi. Əlindəki ağzı açıq çantasını yerə qoyub, mənimlə üzbəüz oturacağın birində əyləşdi. Oturar - oturmaz çantadan iri lupalı eynəyini götürüb gözünə vurdu. Sonra əlini paltosunun döş cibinə saldı. Bir az eşələndi…
…Kişinin ətrafında cavanlar əyləşmişdi, hamısı da telefonla oynayırdı. Kişinin eynəyi gözünə vurub tələsik əlinə cibinə salması istər-istəməz marağıma səbəb oldu. “Görəsən, hansı kitabı və ya qəzeti çıxaracaq?” Hələ üstəlik, ətrafında telefonla oynayan adamları da qınadım. “Bunlara bax hələ. Utanmırlar. Bu ağsaqqal bu yaşda nə isə öyrənməyə çalışır bunlar isə… ”
Elə bu anda ağsaqqal bayaqdan bəri eşələdiyi paltonun cibindən çıxardığı bükülmüş kağızı iri lupalı eynəyinə tərəf yaxınlaşdırdı. Köksünü ötürə – ötürə elə yaxından baxırdı ki, mən qarşı tərəfdə eynəyin lupalarından kişinin bəbəklərində hərəkət edən hərfləri aydın görürdüm.
“TOPAZ”a qoyduğu pullar yazılmışdı…

XEYİR VƏ ŞEİR

Dünən də yuxudan səsə oyanmışdım. Axşamçağı olardı. Durub pəncərəyə tərəf getdim. Birinci mərtəbədəki qonşunun qapısında "vağzalı" çalınırdı. Bir kişiylə bir qadın gəlinin arxasıyca göz yaşları axıdırdı...
Bu gün yenə səsə oyandım. Günorta hələ olmamışdı. Durub pəncərəyə tərəf getdim...Yenə həmin qonşunun qapısında adamlar toplaşmışdı. Yerdə qırmızı xalçaya bükülmüş bir tabut vardı...
Həmin qadın yenə ağlayırdı...Amma yanında həmin kişi yox idi...

ƏMƏK HAQQI

Evə gedirdim...124 N-li avtobusdan beş tələbə qız gediş haqqlarını müəllimlərinin verəcəyini deyib düşdü. Sonra növbəti dayanacaqların birində müəllim düşmək istəyəndə sürücü yolundan saxladı:
- Bəs gediş haqqılar?!
Müəllim halını pozmadan:
- Müəllimlərin maaşı hələ verilməyib. Maaşımı alanda verərəm- deyib getdi.
Sürücü nə deyəcəyini bilmədi. Bir az müəllimin arxasınca baxıb fikrə getdi.
Sonra dərin köks ötürüb mühərriki işə saldı...

BANKA BORCUM

Binamızın altındakı dükana girib, elə ağzımı açmaq istəyəndə, dükandakı qız mənə:
- Sənin mənə borcun var?
- Yox, xanım! (təəccübləndim)
- Onda sənin iki banka borcun var.
- Nəəə??? Vallah yoxxx! (az qala dəli olmuşdum)
- Sən qatıq almışdın, onun bankasını demək istəyirdim...


BİZİM AVTOBUSUMUZ

-Əmi, nə qəşəng avtobusdu. Mən qabaqda oturacam.
-Əmi qurban, o bizə aid deyil! Ölkəmizə gələn qonaqlar üçün nəzərdə tutulub.
-Bəs bizim avtobusumuz hanı?
-Gözdə yəqin tıxacdadı, harda olsa gəlib çıxar.
...30 dəqiqədən sonra.
-Hə, bax gəldi! Odur, bir böyrü üstə, pas avtobuslara bənzəyən avtobus gəlir eee...Bizim avtobusumuz bax odur!


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər