Hərbçimiz qayadan yıxılaraq həlak oldu
Baxılıb: 3520 Tarix: 03-12-2021 11:09

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar