Xəbər xətti
24-07-2021
23-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Qarabağ müharibəsində ən ağır döyüşlər bu ərazilərdə olub – SİYAHI

Baxılıb: 4100     Tarix: 18-05-2021 15:56   
Qarabağ müharibəsində ən ağır döyüşlər bu ərazilərdə olub – SİYAHI

“Laçın səfərindən öncə topladığım maraqlı məsələləri döyüşlərdə iştirak edən Babək Aslanov, Sənan Akifoğlu və İlqar Quliyevlə müzakirə etdim və çox yeni faktlar öyrəndim. Azərbaycan Ordusunun və xalqımızın qələbəsində Hikmət Mirzəyev, Mais Barxudarov və Kərim Vəliyev faktorunun yeni detallarını öyrəndim”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Keçmiş zabit diqqətə çatdırıb ki, cənub istiqamətində nə əsgərlərdən, nə zabitlərdən, nə ehtiyata buraxılanlardan, nə onunla birgə eyni maşında Laçına getmiş 1992 və 2020-ci ildə döyüşən könüllülərdən çox kiçik cari təchizat məsələləri istisna olmaqla təminatla bağlı şikayət eşitməyib:

“Hadrut və Xocavənd barədə isə dəqiqləşdirib yazacam. Əsas itkilərimiz minaatanlardan olub. Kontr batareya atəşinə diqqət artırılmalıdır. Ən ağır döyüşlər Cəbrayıl, Hadrut, Füzuli, Balasoltanlı, Dağ Tumas, Böyük Kirs, Sarı Yataq istiqamətində olub. Hazırda xidmət edən şəxsi heyətin mənəvi psixoloji vəziyyəti yüksəkdir, dağı dağ üstə qoyacaq gücdədir, əvvəl bəzən xidmətdən saxta xəstəlik bəhanəsilə yayınanlar haqqında giley eşidirdiksə, indi əsgərimiz onları Qarabağda sadəcə görmək istəmir və düz də edir”.

Ekspert vurğulayıb ki, Qarabağ böyük inşaat zonasına çevrilmək üzrədir: “Hər tərəfdə ağır texnika çalışır. Əsas diqqət əsgərlərimizin təminatına və yolların bərpasına yönəlib. Laçın dəhlizinə və şəhərə getmək üçün ruslarla razılaşdırma müəyyən zaman tələb edir. Həkəridə farel var, ovlamadım, amma yemlədim. Sanki balıqlar da bizdən ötrü darıxmışdı”./yenisabah.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər