Xəbər xətti
02-08-2021
01-08-2021
31-07-2021
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

24 ildir doğum günü Bəylərsiz qeyd edilir -ŞƏHİDLƏRİMİZ

Baxılıb: 2801     Tarix: 03-02-2016 21:11   
24 ildir doğum günü Bəylərsiz qeyd edilir
Bəylər 1989-cu ildə sovet ordusu sıralarında hərbi xidməti başa vurduqdan sonra həsrətini çəkdiyi doğma kəndi Qarağaclıya qayıtdı. O, canından artıq sevdiyi ulu el-obasını, sevimli kəndini, onun torpağını, daşını ziyarət edəndən sonra cavanları başına toplayıb dedi:
-Uşaqlar, Qarabağ məsələsini Almaniyada eşidəndə az qala bağrım çatlamışdı. Əlim heç yana çatmır, qaçmağa da məqam tapa bilmədim. Ağlınız nə kəsir, nədən başlayaq?...Qorxuram ki, Moskva Dağlıq Qarabağı da ermənilərə bağışlaya...

Qorxma, Bəylər,- deyə dostu Qabil sağ əlini onun kürəyinə vurdu, Azərbaycan oğulları ölməyib ki, torpağımızı kiməsə bağışlayalar. Bir də ki, beynəlxalq qanunlar var, heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünə toxuna bilməz

Bəylərin qaşları çatıldı:

-Toxuna bilər, Qabil, toxuna bilər. İmperiyadan nə desən çıxar.

-Düz deyir,- deyə,- Babək üzünü Qabilə tutdu, beynəlxalq qanunlar zəif dövlətlərə aiddir. Güclü dövlətlər isə qanunlara tabe olmur.

-Doğrudur, qardaşlar, doğrudur. – İlham onların sözünə qüvvət verdi. –Çar höküməti dövründə xaricdən gələn ermənilər qədim Azərbaycan torpaqlarında- İrəvan, Zəngəzur, Göyçə, Zəngibasar mahallarında yerləşdirildi. Sovet imperiyası zamanı Zəngəzur ərazisi bütövlükdə ermənilərə hədiyyə verildi. Bunlar hansı beynəlxalq qanunlara uyğun idi?

Bəylər söhbəti yekunlaşdırdı:

-Əziz dostlar, mən inanıram ki, böyük qəhrəmanlıq tarixi olan Azərbaycan xalqı öz torpaqlarının bir qarışını da heç kəsə verməz. Çox keçməz, Azərbaycan özünün ordusunu yaradar. Biz də qeyrətli Vətən oğulları kimi, milli ordumuzun sıralarına daxil olub, torpaqlarımızı göz bəbəyi kimi qoruyarıq.

O, gün səkkiz dost- Bəylər və Şirin Ağayev qardaşları, İlham Əliyev, Vidadi İsmayılov, Savalan Eminov, Babək Cəfərov, Qabil Orucov və Şirin Şirinov Vətənin müdafiəsi üçün milli ordu sıralarına birlikdə daxil olacaqlarına söz verdilər.

Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qarağaclı kəndində anadan olmuşdu. 1985-ci ildə Qarağaclı Orta məktəbini bitirdikdən sonra iki il sovxozda fəhlə işləmişdi. 1987-89-cu illərdə sovet ordusu sıralarında Almaniya Demokratik Respublikasında xidmət etmişdi. Vətənə qayıtdıqdan sonra yenə doğma sovxozda əmək fəaliyyətini davam etdirmişdi. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdu. Azərbaycanın milli ordusu yaradanda Bəylərin sevincinin həddi-hüdudu yox idi. O, 1992-ci ilin əvvəlində təhsilini yarımçıq qoyaraq, könüllü surətdə milli ordu sıralarına daxil oldu. Onun uşaqlıq dostları da öz vədlərinə əməl etdilər. Bəylər yüksək hərbi biliyi və intizamı, cəsurluğu, igidliyi ilə yoldaşlarından fərqlənirdi. Tabor və briqada komandirləri, Müdafiə Nazirliyi qəhrəman döyüşçü kimi Bəylər Tapdıq oğlunu dəfələrlə mükafatlandırmış, onu bölmə komandiri təyin etmişdi.

Bəylər Ağayev Laçın torpaqlarının azad edilməsi uğrundakı qanlı döyüşlərdə fəal iştirak etmişdi. Laçın rayonunun Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası və başqa kəndlərində erməni işğalçılarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərmişdi.

1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda gedən şiddətli vuruşmada igid komandir Bəylər Ağayevin bölməsi gözlənilmədən düşmən mühasirəsinə düşdü. Bəylər üzünü döyüşçü dostlarına tutdu: “ İgidlərim, namərd düşmən əlinə keçməmək üçün mühasirəni yarmalıyıq. Ola bilsin ki, bu, bizim son döyüşümüzdü. Biz bu döyüşdə ölümlə də üzləşə bilərik. Qoy olsun! Biz Vətən uğrunda ölümə gedirik. Amma qələbəyə gedirik. Azərbaycan uğrunda, igidlərim! Vətən uğrunda, irəli!” Komandir ayağa qalxıb, qabağa düşdü. Bölmənin döyüşçüləri komandirin arxasınca hücuma keçib mühasirəni yardılar. Cəsur döyüşçülər qranatamyot və qranatla düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv etdilər, özləri də qəhrəmanlıqla həlak oldular. İgid komandir və onun yoldaşları Qarağaclı kəndindəki “ Şəhidlər xiyabanı”nda dəfn edildi. Vətən bölmənin igid döyüşçülərinin hünərini yüksək qiymətləndirdi. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Qarağaclı Orta Məktəbi onun adını daşıyıb.

Nişanlı idi. Toy tedarükü görülmüşdü. Cəbhəyə hazırlaşanda atası toydan söz salmışdı. Bəylər demişdi ki, inşALLAH, toyu qələbədən sonra edərik.

Mən getdim, sonam qaldı,
Oduma yanan qaldı,
Nə dünyadan kam aldım,
Nə bir nişanam qaldi.


Yox! Qəhrəmanlar, şəhidlər ölmürlər. Onlar əbədi yaşayırlar.

Rövşən Murad


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər