NASA paylaşdı: 1200 ildir beləsi görülməyib
Baxılıb: 358 Tarix: 23-07-2022 14:58

NASA-nın ABŞ-dakı Mid su anbarının illər ərzində dəyişdiyini göstərən fotoşəkillər qlobal istiləşmənin miqyasını aşkara çıxarıb.
Fotolar ölkənin cənub-qərb hissəsində Kolorado çayı üzərindəki Huver bəndinin yaratdığı Mid gölündəki suyun miqdarının illər ərzində necə azaldığını göstərir.
2000, 2021 və 2022-ci illərdə çəkilmiş fotoşəkillər arasında fərqin nəzərəçarpacaq dərəcədə çox olması narahatlıq doğurub.
NASA çərşənbə günü bildirib ki, gölün doluluq nisbəti hazırda 27%-ə düşüb ki, bu da 1937-ci ildən bəri ən aşağı səviyyədir.
ABŞ-ın ən böyük ehtiyatı olan Mid gölü ölkənin qərb hissəsində yaşayan təxminən 25 milyon insanı su ilə təmin edir. Bütün Kolorado çayı hövzəsi təxminən 40 milyon insanın suya ehtiyacını təmin edir. Hövzənin ümumi tutumu da 35%-ə qədər azalıb.
6 iyul 2000-ci il, 8 iyul 2021-ci il və 3 iyul 2022-ci il tarixli peyk görüntülərində gölün doluluq nisbətinin 22 il ərzində davamlı olaraq azaldığı müşahidə edilib.
NASA Yer Rəsədxanasından Mişel Karlovikz bu görüntüləri iqlim dəyişikliyinin və ABŞ-ın qərbində son 1200 ildə müşahidə etdiyi ən şiddətli quraqlığın heyrətamiz nümayişi adlandırıb.
Quraqlığın qarşısının alınması üzrə Milli Mərkəzin və Nebraska-Linkoln Universitetinin məlumatlarına görə, ABŞ-ın qərbinin ən azı üçdə ikisi həddindən artıq qurudur.ölkə.az
Manevr.az
loading...
Ən çox oxunanlar