Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Ali təhsil müəssisəsinə bu sənədi olanlar da daxil ola biləcək

Baxılıb: 384     Tarix: 08-10-2021 17:21   
Ali təhsil müəssisəsinə bu sənədi olanlar da daxil ola biləcək


Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Sumqayitfakt.Az xəbər verir ki, bu, "Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, peşə təhsili sisteminin quruluşuna da dəyişiklik edilib. Belə ki, Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.

Qeyd edilib ki, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir. Göstərilənlər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliyin edilməsini zəruri edir.

Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər, bu məqsədlə "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilməsi nəzərdə tutulan dəyişikliklərə uyğun olaraq hazırlanıb.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər