Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıtda bu müəllimlər təltif olundular - ŞƏKİLLƏR

Baxılıb: 384     Tarix: 07-10-2021 08:41   
Sumqayıtda bu müəllimlər təltif olundular - ŞƏKİLLƏR


5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Azərbaycanda ənənəvi olaraq qeyd edilən Beynəlxalq Müəllimlər Gününün 2021-ci ildə bir mühüm özəlliyi var. Bu il Azərbaycan müəllimləri peşə bayramını qalib xalqın təmsilçiləri olaraq bayram edirlər. 

Bu münasibətlə 5 oktyabr 2021-ci il tarixində YAP Sumqayıt şəhər təşkilatında Beynəlxalq Müəllimlər Gününə həs olunmuş tədbir keçirib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, dosent Ramiz Hüseynov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb. 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra, ilk dəfə olaraq, Müəllimlər Gününün sonsuz sevinc və fəxarət hissi ilə qeyd edilməsindən danışan R.Hüseynov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə yüzlərlə təhsil işçisinin də iştirak etdiyini bildirib və torpaqlarımızın işğaldan azad edilməsi yolunda canını fəda edən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbədə gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin rolunu vurğulayan R.Hüseynov bu işdə valideynlərlə yanaşı, müəllimlərin də böyük pay sahibi olduğunu vurğulayıb. 

R.Hüseynov 44 günlük Vətən müharibəsi iştirakçıları, Sumqayıt şəhər 33 nömrəli məktəbin Gənclərin çağırışaqədərki hərbi müəllimi Orxan Quliyev, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Abbaszadə Abbasxan, şəhid və qazilərinin övladları üçün təşkil olunmuş "Xarı Bülbül” yay futbol düşərgəsində yaxından iştirak etmiş Sumqayıt şəhər 14 saylı tam orta məktəbin müəllimi Ülviyyə Əliyeva, Təfəkkür liseyinin müəllimi Sevinc Əhmədova, 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Səfərli, təşkilatın siyasi-ictimai həyatında fəal iştirak etmiş 27 nömrəli məktəbin müəllimi Könül Cuvarlı və Təhsil Şöbəsinin əməkdaşı Nərmin Əmrahova təltif olunublar. Tədbirin sonunda xatirə şəkili çəkdirilib və müəllimlərimiz üçün çay süfrəsi təşkil olunub. Məlumat üçün bilirək ki, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 700-dən çox təhsil işçisi iştirak edib. Onlardan 20 nəfəri döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər