Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Virusa yoluxma sayı artır: Məktəblər bağalanacaqmı? (EKSPERT)

Baxılıb: 372     Tarix: 15-10-2020 18:32   
Virusa yoluxma sayı artır: Məktəblər bağalanacaqmı? (EKSPERT)

"Virusa yoluxma sayı 500-dən 100-ə keçsə də, belə tədris prosesi ümumilikdə məhdudlaşdırılmayacaq”.


Sumqayitfakt.Az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ölkədə COVİD-19 virusuna yoluxanların sayının kəskin artmasından danışarkən deyib. Ekspert bildirib ki, yalnız yoluxma baş verən məktəblərdə tədris prosesi 14 gün müddətində məhdudlaşdırıla bilər:



"Biz artıq bu təcrübəni keçmişik. Yenidən bizim tədrisi dayandırmağımız müzakirə predmeti deyil. Mart ayında pandemiya ilə necə davranmağımızı, necə qorunmaq lazım olduğunu bilmirdik. Mart ayının 3-də koronavirusun yayılmaması səbəbindən tədris prosesi dayandı. Bu zaman bizim alternativ təhsil almaq formamız vardı. Ən azından onlayın qaydadan istifadə edirdik. Amma sentyabrın 27-dən cəbhədə hərbi əməliyyatlar keçirildiyindən internetə məhdudiyyətlər qoyuldu. Bu da hazırkı dönəmdə onlayın tədrisin həyata keçirilməsini məhdudlaşdırır. İkinci bir səbəbdən artıq bizdə təcrübə var ki, pandemiya ilə necə davranmalıyıq. Deməli, ümumilikdə tədrisin yenidən bağlanmasına ehtiyac yoxdur. Amma yoluxma baş verən ərazilərdəki məktəblərin fəaliyyəti məhdudlaşdırıla bilər”.

Kamran Əsədov qeyd edib ki, bu gün orta məktəblərdə 1,6 milyon şagird təhsil alır:


"Bu rəqəm eyni zamanda bir o qədər də valideyinin hərəkəti deməkdir. Məktəblər isə fəaliyyətə mərhələli şəkildə başlayıb. Virusa yoluxanların rəqəmlərinin artması gözlənilən idi. Harada kütləvi yoluxma baş verərsə, həmin məktəb bağlana bilər. Bu dəqiqə distant təhsildən danışmağa dəyməz. Ölkədə heç bir şagird teledərsləri izləmir. Ona görə yoluxma sayındakı bu rəqəmlər tədris prosesini məhdudlaşdırmasına gətirib çıxara bilməz. Çünki heç bir yoluxma məktəbdə deyil, məktəbə qədər baş verir. Virusa yoluxmuş şagirdlər məktəbin binasına daxil ola bilməz”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər