Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Rektordan işdən kənarlaşdırılan dekanlarla bağlı açıqlama

Baxılıb: 4439     Tarix: 21-07-2020 15:30   
Rektordan işdən kənarlaşdırılan dekanlarla bağlı açıqlama

"Azərbaycan Texniki Universitetində (AzTU) professor-müəllim heyətinin yaşlı nəsil olması çox arzuolunan haldır. Ali təhsil müəssisəsində yaşlı professor-müəllim heyəti ilə gənc kadrların işinin düzgün təşkili tələbə-müəllim münasibətlərinin formalaşmasına imkan verir”.

Bu fikirləri AzTU-nun rektoru Vilayət Vəliyev mətbuat nümayəndələri ilə onlayn görüşdə deyib.

Onun sözlərinə görə, tələbə-müəllim münasibətləri bəzən tələbələrin də düzgün qiymətləndirilməməsi meyllərinin olduğunu göstərir:
"Bu baxımdan tələbələrə çox ciddi qiymətləndirmə üsullarını tətbiq etməliyik. Yəni biz həm keyfiyyətli tədris aparmalıyıq, həm də onun nəticəsini ciddi ölçməliyik. İcra etdiyimiz islahat proqramında hər bir hədəf ölçülə bilən olmalıdır. Bununla bağlı universitetdə bəzi təftiş işlərinin aparılmasına başlamışıq. Bu baxımdan 3 dekanın müvəqqəti işdən kənarlaşdırılmasında böyük qəbahət yoxdur. Həmin dekanların özləri əvvəlki dekanlardırlar, onların işlərinin şəffaflığında problem yoxdur. Biz əvvəlki sənədlərin yoxlanılmasında maraqların toqquşmasını nəzərə alaraq həmin dekanları müvəqqəti işdən uzaqlaşdırmışıq. Təftiş işləri yekunlaşdıqdan sonra, yəqin ki, ayın sonunda həmin dekanlar öz vəzifələrinə qayıdacaqlar. Nəqliyyat fakültəsinin dekanı öz ərizəsi ilə vəzifəsindən çıxdı. Sentyabr ayından sonrakı aylarda bu fakültə üçün dekan seçkiləri keçiriləcək”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər