Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Deputat: “Tələbələrin təqaüdləri artırılmalıdır”.

Baxılıb: 488     Tarix: 10-04-2020 11:37   
Deputat: “Tələbələrin təqaüdləri artırılmalıdır”.


Ali məktəblərin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalı, distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir.

Sumqayitfakt.Az xəbər verir ki, bunu olkə.az-a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil ocaqlarında daha keyfiyyətli və səmərəli elmi araşdırmalar həyata keçirmək, savadlı kadrların hazırlanması məqsədi ilə təkliflərimin hökumət tərəfindən nəzərə alınması üçün Milli Məclisin katibliyinə təqdim etmişəm. “Ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı tədqiqatlara görə də vəsait verilsin. Dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayrılan vəsaiti üstələyir. Və elmi tədqiqatlar əsasən Universitetlərdə aparılır”- deputat qeyd edib.
Deputat hesab edir ki, hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır. “Hesab edirəm ki, ən azından ilkin mərhələdə bu vəsaitlər Texniki Universitetə, UNEC, Aqrar Universitetə, Neft və Sənaye Universitetinə ayrılmalıdır”- deputat qeyd edib.

Bununla belə deputat onu da bildirib ki, yeni tədris ilində ali məktəblərdə Dövlət Sifarişli yerlərin sayı artırılmalıdır. “Digər məqam isə ondan ibarətdir ki, koronavirusun insanların maddi durumuna təsiri mütləq nəzərə almalıdır. Bunun üçün distant təhsilin tətbiqi üçün Ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir. Ali məktəblər öz daxili imkanları hesabına bunu etmək gücündə deyil. Bunun üçün büdcədən əlavə vəsait nəzərdə tutulmalıdır. Hökumətdən digər əsas təklifim isə tələbələrin təqaüdləri artırılması ilə bağlıdır. Hesab edirəm ki, tələbələrə verilən təqaüdlər yataqxana şəraiti olmayan tələbələr üçün yetərli deyil. Təqaüdlərin yetərli olmaması təhsilə də öz təsirni göstərn amillərdəndir və ona görə də bunun həcmi artırılmalıdır”.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər