Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Bu ali məktəbdə təhsil heç vaxt ödənişli olmayacaq - Komitə sədri

Baxılıb: 3121     Tarix: 05-12-2019 14:25   
Bu ali məktəbdə təhsil heç vaxt ödənişli olmayacaq - Komitə sədri


“ İnstitut kollektivi ötən dövrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün böyük işlər görüb. Azərbaycan İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu apa-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda İlahiyyat İnstitutunda həm Azərbaycan, həm də Gürcüstandan tələbələr oxuyurlar:

“İlahiyyat İnstitutunda təhsil ödənişsiz həyata keçirilir, bu, Nizamnaməsində də əksini tapıb. Bu İnstitut din sahəsində mütəxəssislər hazırlayır, bu İnstitutda heç vaxt ödənişli təhsil sistemi tətbiq edilməyəcək. Bunun da əhəmiyyəti odur ki, din sahəsində kadrlar dövlət hesabına hazırlanır, dövlətin himayəsi altındadır. İlahiyyat İnstitutunda oxuyan tələbələrin təqaüdü, geyimi, maddi təminatları ilə bağlı müxtəlif güzəştlər nəzərdə tutulub və həyata keçirilir. İnstitut kollektivi ötən dövrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün böyük işlər görüb. Həm İlahiyyat İnstitutunun kadrlarının hazırlığı, həm İlahiyyat İnstitutunun, İslami dəyərlərimizin təbliği sahəsində böyük işlər həyata keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə İlahiyyat İnstitutu üçün ayrıca dördmərtəbəli yeni tikilmiş bir bina ayrılıb, orada təmir işləri həyata keçirilir. Hazırda İlahiyyat İnstitutu zamanında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin yerləşdiyi binada fəaliyyət göstərir, gələn il sentyabrdan Prezident İlham Əliyevin göstərişi ilə ayrılan yeni dördmərtəbəli binaya köçəcək. Yeni tikilmiş binada təmir işləri aparılır”.

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutu ilə Türkiyə, Şimali Qafqaz, digər müsəlman ölkələri və Orta Asiyanın ali məktəbləri ilə müqavilələr imzalanıb, gələn ildən tələbə mübadiləsi həyata keçiriləcək:

“Biz həm İslami, həm mənəvi dəyərlərimizin qorunması istiqamətində mütəxəssis hazırlığımızı davam etdirəcəyik. İnstitutda gələcəkdə xristianlıq və yəhudiliklə bağlı dini kadrların hazırlığı üçün kurslar, tədris proqramlarına uyğun mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulub".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər