Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Alimlərə verilən şəhadətnamələrin forması təsdiq edildi

Baxılıb: 457     Tarix: 07-11-2019 12:04   
Alimlərə verilən şəhadətnamələrin forması təsdiq edildi

Nazirlər Kabineti "Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar ­haqqında sənədlərin ­nostrifikasiyası ­(ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar ­attestasiya əsasında tanınması barədə şəhadətnamələrin ­formasını" təsdiq edib.

Sumqayitfakt.Az xəbər verir ki, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.

Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur.

Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir.

Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.

Komissiya xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə verdiyi şəhadətnamələrin uçotunu aparır.

Şəhadətnamə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Nazirlər Kabinetinin digər qərarı ilə "Dosent və professor elmi adları barədə attestatların forması" da təsdiq edilib.

Dosent attestatının cildi tünd göy, professor attestatının cildi tünd qırmızı rənglidir. Komissiya dosent və professor elmi adı barədə verdiyi attestatların uçotunu aparır. Attestat Azərbaycanın dövlət dilində tərtib edilir./trend

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər