Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Müəllimin menyüsü... Namiq Dəlidağlı yazır

Baxılıb: 3108     Tarix: 05-10-2019 11:51   
Müəllimin menyüsü... Namiq Dəlidağlı yazır

Xeyli müəllim dostumun olması, müəllimlərlə xoş münasibətim, bəlkə də, müəllim ailəsində dünyaya göz açmağımdan irəli gəlir. Bir sözlə, bu müqqəddəs peşə sahiblərinə hörmətim, rəğbətim sonsuzdur və kökü çox dərindir.

Yayda şəhərdən qaçmağa hamımız bir bəhanə axtarırıq. Mənimsə bəhanələrim daha çox olur. Gah iş-güc bəhanəsilə, gah da qohum-əqrabəni yoluxmaq adıyla şəhərdən qaçıram. Bu il də bir neçə dəfə bölgələrimizdə oldum, demək olar, şəhərdə az göründüm. Və hər dəfə rayona gedib qayıdanda müəllim dostlarımdan birinə eyni sualı verdim: “Sən niyə istirahətə getmirsən, bu yayın cırhacırında şəhərdə nə işin var?” Bir gün mənim bu “yersiz” suallımı dostum ətraflı və “ürəyimcə” cavablandırdı: “Deyəsən kefin kökdü, səni pul danışdırır. Mən hansı pulla şəhərdən kənara çıxım və ya istirahətə gedim?”-dedi. Dostumun bu sözünə qədər müəllimlərin çətin dolanışıqları, acınacaqlı durumları deyəsən, mənə də çatmamışdı, “yuxarılara” çatmadığı kimi...Müəllim dostumun bu “cavab-şilləsi” sanki məni yuxudan ayıltdı, səhvimi anlayıb münasibətimizi normallaşdırmağa cəhd etdim. Nə qədər məvacib aldığını, necə dolandığını bir az da dərindən öyrənməyə çalışdım. Məlum oldu ki, iki övladından biri ali məktəbdə, digəri orta məktəbdə oxuyan, həyat yoldaşı isə evdar qadın olan dostum, ayda işlədiyi məktəbdən cəmi 280 manat maaş alır. Həftənin altı gününü sinif otaqlarının divarları arasında keçirir. Balalarımıza müstəqil Azərbaycanın tarixindən dərs deyir. Məmləkətimizin yüz illərdən bəri başına gətirilən müsibətlərdən söz açır, yaxın keçmişimizin-Sovet quruluşunun 70 il boyunduruğunda olduğumuzu şagirdlərinin nəzərinə çatdırır. Uzun illər təbii sərvətlərimizi yadların daşıyıb apardlğını təəssüflə diqqətə çatdırır. Bu gün müstəqil ölkənin vətəndaşı olmağımızdan fəxarətlə danışır, bütün sərvətimizə indi özümüzün sahib olduğumuzu deyir şagirdlərinə. Ancaq burda dərindən köks ötürür. Yeraltı, yerüstü sərvətləri bol olan, iqtisadi inkişafı dünyanın aparıcı ölkələriylə müqayisə edilən bir məmləkətin müəlliminin ayda 250-300 manat məvacib alması onu çox düşündürür. Buna əsas və səbəb nədi?- sualı “yerin altını-üstünü” bilən müəllimi dərin fikrə dalmağa vadar edir.

Bu əmək haqqı ilə müəllimin 5 gün normal dolana bilməməsi bəllidi. Hələ mən onu istirahət etməməkdə, gəzib-dolanmamaqda suçlayırdım.

Yaddaş üçün qeyd edim ki, bölgələrimizdə bir gecə (ac-susuz) mehmanxana, yaxud oteldə gecələmək ən azı 50-150 manata başa gəlir. Deməli, bu ölkədə müəllimin otel və mehmanxanada qalmaq haqqı yoxdu. Çünki bir müəllim ailəsinin şəhərdən 200-220 km. kənarda 2 gün istirahət etməsi, ona ən azı 200-250 manata başa gələcək. Bu isə istirahət yox, ailə dramına gətirib çıxaracaq. Bəs nəyə görə bu ölkədə hər şey soyğunçu məmur cibinə hesablanır və ölçülür? Niyə balalarımıza sinif otaqlarında, auditoriyalarda dərs keçən müəllimə yol polisinin bir serjantı, sıravi gömrük işçisi qədər də dəyər verilmir, haqqı ödənilmir, hörmət olunmur?! 250 manat (bundan az alanlar da var) məvacib alan müəlliminsə gündəlik menyusuna ancaq makaron, broyler toyuğu, duru yağ və s. daxil ola bilər. Bu, ən ali ziyalı təbəqəsi olan müəllimə həqarətdi, təhqirdi, cənablar və xanımlar...
Müəllimin də istirahət etmək, oteldə qalmaq, kabab, kürü yemək haqqı var. Həm də hamıdan çox...

Yuxarıda barəsində bəhs etdiyim müəllim dostumla yenə tez-tez qarşılaşıram, ancaq ona daha sualla müraciət etmirəm. Çünki bir müddət əvvəl mənim “ədəbsiz” sualıma çox tutarlı cavab verib məni utandırdı. Müəllimdi, axı...

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Bayramınız mübarək, əziz müəllimlər!

Namiq Dəlidağlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər