Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Təhsildə keyfiyyət yox, kəmiyyət artır - Ekspert

Baxılıb: 330     Tarix: 12-09-2019 19:35   
Təhsildə keyfiyyət yox, kəmiyyət artır - Ekspert
“Təəssüflər olsun ki, Azərbaycanda həyata keçirilən islahatlar təhsilin keyfiyyət artımına təsir göstərmir”.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədov deyib. O, “Amerikanın Səsi”nə geniş müsahibəsində bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq daha çox kəmiyyət artımı müşahidə olunur.

“Yəni, qəbul olunan tələbələrin sayındakı artım. Eyni zamanda məktəbə, təhsilə cəlb olunanların sayında artımı görə bilərik. Amma keyfiyyət artımı o deməkdir ki, sizin hazırladığınız kadrlar dünya standartlarına cavab verir”,- deyə Kamran Əsədov vurğulayıb.

Ekspert əlavə edib ki, Azərbaycan özündə rəqabət iqtisadiyyatını formalaşdıra bilmir. Onun fikrincə, bu, məhz yerli kadrların hesabına həyata keçirilməlidir:

“Yaxud ali təhsilli vətəndaşlar əmək bazarına daxil olanda onların işlə təmin olunma faizi yüksəkdir. Amma biz əmək bazarını araşdıranda görürük ki, ali təhsil məzunlarımızın yalnız 42 faizi işlə təmin oluna bilir. Bu o deməkdir ki, həyata keçirilən islahatlar keyfiyyət göstəricisinə ciddi şəkildə təsir göstərə bilməyib. Bizim şagirdlərimiz hələ də yaş xüsusiyyətlərinə aid olmayan dərsliklərdən istifadə edir. Bizim şagirdlərimiz hələ də ağır çantadan istifadə edir. Bizdə hələ də ağıllı, elektronlu lövhələrdən tam şəkildə istifadə oluna bilmir. Bütün bunlar göstərir ki, daha çox kəmiyyət artımı var. Keyfiyyət artımı istənilən səviyyədə deyil”.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər