Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Nazir bəzi məktəb rəhbərliklərinə xəbərdarlıq etdi

Baxılıb: 352     Tarix: 11-09-2019 14:03   
Nazir bəzi məktəb rəhbərliklərinə xəbərdarlıq etdi


Qarşımızda duran vacib məsələlərdən biri tam orta təhsil səviyyəsində məktəb daxilində keyfiyyətli təhsilin təmin edilməsidir.

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərdəndir:

“Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Elə məktəblər var ki, təhsili yüksək səviyyədə təşkil edə bilmir. Bu, bir çox məqamlarla özünü təsdiq edir.

Bəzi məktəblərdə arxayınlıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.

“Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir.

Hesab edirik ki, məktəb rəhbərləri məktəb daxilində istənilən neqativ halların, psixoloji, mənəvi zorakılıq hallarının aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar.

2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik”, - deyə C. Bayramov qeyd edib.

Nazir bildirib ki, bir çox yerlərdə təmayül siniflərin yaradılmasının çətinlikləri nəzərə alınaraq təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir:

“Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edilib”./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər