Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Ali məktəblərdə 5785 plan yeri boş qalıb - Bəzi ixtisaslarda keçid balı çox qalxıb

Baxılıb: 471     Tarix: 09-08-2019 13:30   
Ali məktəblərdə 5785 plan yeri boş qalıb - Bəzi ixtisaslarda keçid balı çox qalxıb
Ötən gün 2019-2020-ci tədris ili üçün ali məktəbə qəbulun nəticələri açıqlanıb. Nəticələrdən məlum olub ki, bu il xüsusilə III ixtisas qrupunda keçid balları fantastik dərəcədə yüksəlib. Nəticədə hətta 400-500 bal toplayan bir neçə abituriyent seçdikləri ixtisaslara qəbul oluna bilməyib, kənarda qalıb.

Sumqayitfakt.Azxəbər verir ki, qəbul ballarının ciddi fərqlə yüksəlməsinin səbəbləri haqqında modern.az-a danışan təhsil eksperti Kamran Əsədov məlumat verib ki, bu il ali məktəblərə qəbul imtahanlarından sonra yüksək keçid balı BANM-da qeydə alınıb. Belə ki, 673 bal informasiya təhlükəsizliyi ixtisasının keçid balı olub:

“Qeyd edim ki, 2018-ci ildə III ixtisas qrupunda qeydə alınmış ən aşağı bal ADU-da tərcümə (alman dili) idi. Bu ixtisas üzrə keçid balı 200 bal idi. Bu il həmin ixtisasın keçid balı 455 bal oldu. Beləliklə, 255 bal yüksəlmə baş verdi. III ixtisas qrupu üzrə keçid balları öncədən də proqnozlaşdırdığım kimi, ciddi şəkildə qalxdı. Amma digər qruplarda, xüsusilə I və II, eyni zamanda IV ixtisas qrupu üzrə azaldı. Tibb Universitetində müalicə işi ixtisası üzrə ödənişli keçid balı 575,40, dövlət sifarişi üzrə 578,70 oldu. Bu da keçən illə müqayisədə azalma deməkdir”.

K.Əsədov vurğulayıb ki, ümumilikdə 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent və subbakalavr mübarizə aparırdı. Ekspertin hesablamasına görə, 10447 nəfər hazırda plan yerindən kənarda qalıb:

“Bunun da üzərinə təxminən 4300-ə yaxın düzgün seçim etməyərək, qəbul ola bilməyənləri gələk. Təxminən 13447 nəfər qəbul ola bilməyən abituriyent və subbakalavr olacaq. Hesab edirəm ki, növbəti tədris ilindən plan yerlərinin sayı artırılmalıdır. Çünki burda ali təhsil müəssisəsinə daxil ola bilməyənlər xarici ölkələrə üz tutur və bu ölkənin həm maddi, həm də beyin axınının itirilməsi deməkdir. Eyni zamanda, III ixtisas qrupuna Beynəlxalq münasibətlər, Regionşünaslıq kimi ixtisaslar əlavə olunmalıdır”.

Kamran Əsədov ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını aşağıdakı kimi göstərib:

“I qrup: 2459 yer

II qrup: 2542 yer

III qrup: 142 yer

IV qrup: 354 yer

V qrup: 288 yer

Ümumilikdə bu il 47847 plan yeri var idi və 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri boş qalıb”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədə iştirak edənlərin sayı 58258 nəfər təşkil edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 nəfər (o cümlədən 2956 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər