Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda bu məktəblər direktorsuz qalıb - ARAŞDIRMA

Baxılıb: 4231     Tarix: 27-03-2019 15:44   
Sumqayıtda bu məktəblər direktorsuz qalıb - ARAŞDIRMA


Sumqayıtda məktəblərin 20 faizinin direktorsuz qalması ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Təhsil Nazirliyinin məlumatlarına istinad edərək bildirmişdik ki, Sumqayıtdakı 50 ümumtəhsil məktəbindən bir neçəsində direktor vəzifəsi vakant olaraq qalır.


Sumqayitfakt.Az-ın xəbərinə görə, sözügedən məktəblərin direktorları yaş həddinə görə deyil, müxtəlif səbəblərdən tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

Sözügedən məktəblərin siyahısını təqdim edirik:

Direktorsuz qalan məktəblərdən biri 2 nömrəli orta məktəbdir. Burada direktor vəzifəsini Xalid Adıgözəlov icra edir.

9 nömrəli orta məktəbin direktor vəzifəsinin müvəqqəti icrası isə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Oktay Nuriyevə tapşırılıb. Həmin məktəbin direktoru Həqiqət Abdullayeva müavini Təranə Nəsirovaya qarşı şərəf və ləyaqətin alçaldılmasına dair ittihamlar səbəbindən işdən çıxarılıb.

Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru olmuş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Hazırda məktəbdə direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elmira Hacıyevaya həvalə edilib.

Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbin də direktoru yoxdur. Səlahiyyətlərin icrası yenə də müəllim heyətindən olan Rəna Rufullayevaya tapşırılıb.

23 nömrəli orta məktəb də idarəsiz qalanlar sırasındadır. Təyinat olmadığından hələlik məktəbin idarəsi əvəzedici Reyhan Yunisovaya həvalə edilib.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 və 40 nömrəli tam orta məktəblər də direktor üzünə həsrət qalıb. Hazırda məktəblərdə direktor səlahiyyətlərini müvafiq olaraq Esmira İbrahimova və Əlhəddin Paşayev icra edir.

Növbəti direktorsuz məktəb isə 34 nömrəli tam orta məktəbdir. Burada da uzun müddətdir ki, direktor əvəzedicisi Nizami Məmmədovdur.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Əlizadə ilə əlaqə saxladıq. O, məktəblərə niyə direktor təyin olunmamasına dair sualımıza cavab olaraq bildirib ki, bu barədə qərarı Təhsil Nazirliyi verəcək:

“Nazirlik tərəfindən imtahan keçirilib, nəticələr əsasında məktəblərə direktor təyinatı həyata keçiriləcək. Bu işə biz baxmırıq, birbaşa Təhsil Nazirliyinin əmrini gözləyirik. Nə zaman əmr verilsə, o zaman da direktor təyinatına başlanılacaq”./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər