Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Dəhşətli qətl hadisəsini törədənlər arasında qadın da olub :TƏFƏRRÜAT-SUMQAYIT

Baxılıb: 3709     Tarix: 19-01-2016 13:42   
Dəhşətli qətl hadisəsini törədənlər arasında qadın da olub

Sumqayıt şəhərində törədilmiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Sumqayitfakt.az xəbər verir ki, “Report”un prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, 69 yaşlı Rəfiqə Ağayevanı öldürməkdə şübhəli bilinərək tutulanlar arasında onun qardaşı arvadı Şəhla Xəlfəyeva da var. O, fakt üzrə istintaqa cəlb edilib və tutulub.

Bundan başqa, məlum olub ki, iş üzrə R.Ağayevanın tutulan qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevin hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.
Hadisənin bacı ilə qardaş (həmçinin qardaşın ailəsi) arasında baş verən mülk mübahisəsi üstündə baş verdiyi də məlum olub.
Qeyd edək ki, hadisə ilə bağlı bu gün Baş Prokurorluq rəsmi açıqlama yayıb. Açıqlamada bildirilib ki, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər