Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Sumqayıt Dövlət Dram teatrında "Göyçək Fatma” tamaşasına baxış keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 366     Tarix: 21-11-2021 09:01   
Sumqayıt Dövlət Dram teatrında "Göyçək Fatma” tamaşasına baxış keçirilib - ŞƏKİLLƏR


Sumqayıt Dövlət Dram Teatrı  pandemiya ilə əlaqədar məşqləri saxlanılmış daha bir səhnə əsərini hazırlayaraq təhvil vermişdir.

Sumqayitfakt.Az xəbər verir ki, kollektiv bu dəfə kiçik yaşlı tamaşaçılarını sevindirəcəkdir.

Teatrda Azərbaycan Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluşunda   məşhur Azərbaycan nağılı "Göyçək Fatma” tamaşasının  daxili baxışı keçirildi.  Tamaşanın quruluşçu rəssamı  teatrın baş rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu  B.Şukin adına  Rusiya Ali Teatr məktəbinin məzunu  Vüsal Mehrəliyev, musiqi tərtibatı Fuad Kazımova aiddir. 

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşanın ərsəyə gəlməsində əməyi keçən teatr əməkdaşlarını təbrik edərək, maraqlı tamaşa üçün yaradıcı və texniki heyətə  öz təşəkkürünü bildirdi. Ümumilikdə ideyanın çatdırılmasını vurğuladı, bəzi texniki məqamlara yenidən nəzər salınmasını tövsiyyə etdi.

Baş rejissor, Xalq artisti Firudin Məhərrəmov da maraqlı  aktyor oyunlarına və rejissor işini qeyd etdi. Tamaşanın rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssam Elşən Sərxanoğlu çıxışlarında yaradıcı heyəti təbrik edərək onlara uğurlar arzuladı.

Tamaşada rolları Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Elmir Mehtiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə və İradə Zeynalova ifa edirlər. Tamaşa tezliklə kiçik tamaşaçılara təqdim olunacaqdır.

Sumqayitfakt.Az



















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər