Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Tədris ilinə yeni töhfə

Baxılıb: 4132     Tarix: 31-08-2021 20:08   
 Tədris ilinə yeni töhfə

İsmət Qayıbov adına Sumqayıt 1 nömrəli tam orta məktəbin ərazisi əmək, hünər meydanını xatırladır. Burada böyük canlanma vardır. Məktəb üçün yeni binanın tikintisi sürətlə başa çatmaq üzrədir.

Bəli, yeni ümumtəhsil məktəbi binasının tikintisi şəhər sakinlərinin, eləcə də valideynlərin böyük sevincinə səbəbdir. Onlar əhalinin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən razı qaldıqlarını bildirirlər.

Məktəbin köhnə binası 1954-cü ildən fəaliyyətə başlamışdır. Dövlət başçımızın müvafiq sərəncamı ilə burada 2020-ci ilin aprel ayından yeni məktəb binasının inşaasına başlanılıb. Məktəb 4 mərtəbəli, 4 korpusdan ibarətdir. Arxitektura baxımından göz oxşayır. Məktəbin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə olunur.

Təhsil ocağı müasir istilik sistemi ilə təchiz edilib və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

İndiyədək məktəb binası 640 şagird yerlik idi. Bu səbəbdən dərslər 3 növbədə keçirilirdi.Yeni məktəb binasında isə eyni vaxtda 1800 şagird təhsil ala biləcək. Nətitəcədə mövcud şagird sıxlığı problemi tam aradan qaldırılacaq. Burada iki idman zalı nəzərdə tutulub: biri ibtidai, digəri böyük siniflər üçün. Akt zalı 840 yerlikdir. Yemək zalı tam fərqlidir. Müxtəlif fənnlər üzrə 5 laboratoriya sinfi təşkil olunub. Ümumilikdə isə təhsil kompleksində 92 sinif fəaliyyət göstərəcək. Siniflər yaş qrupuna görə bölünəcək. İbtidai və yuxarı yaş qrupu üzrə siniflər bir-birindən fərqlidir. Artıq məktəbdə son tamamalama işləri aparılır.Partalar, lövhələr də quraşdırılıb. Məktəbin həyətinə komet döşənilir. Burada ümumilikdə150 nəfərə yaxın işçi qüvəssi çalışır. Şəhər rəhbərliyi vaxtaşırı olaraq cari tikinti işlərini nəzarətdə saxlayır. Məktəb binası bu tədris ilində istifadəyə veriləcəkdir.

Tikinti üzrə layihə rəhbəri Vasif İsmayılov bizimlə söhbətində qürur hissi keçirdiyini vurğuladı. Qeyd etdi ki, gələcəkdə nə vaxtsa nəvələrimlə bu ərazidən keçəndə onlara fəxrlə deyəcəyəm ki, bu gözəl məktəbin inşaasında bilavasitə əməyim olub. Zənnimcə, bundan gözəl duyğu hissi ola bilməz. El bayatımızıda deyildiyi ki:

Bu qala bizim qala,
Həmişə bizim qalam,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala...


Biz də öz növbəmizdə məktəbin tikintisində əməyi olan hər kəsə şəhər sakinləri, şagirdlər və valideynlər adından minnətdarlığımızı bildiririk!

İlhamə Məhəmmədqızı





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər