Xəbər xətti
27-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr edilmiş intellektual yarış keçirilib - FOTO

Baxılıb: 4146     Tarix: 06-07-2021 18:33   
Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr edilmiş intellektual yarış keçirilib - FOTO


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Regional "ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə 06 iyul 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində mövcud pandemiya qaydalarına uyğun olaraq Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş İntellektual Yarış keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yarışın məqsədi Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn məsələlərin həlli, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Qarabağ Vətən müharibəsinin, şəhid general-mayor Polad Həşimovun şərəfli döyüş yolunun, Azərbaycan tarixinin, ordu quruculuğunun və mədəniyyətinin təbliği, eləcə də gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü və zehni inkişafını stimullaşdırmaqdır.

Yarışda Sumqayıt və Bakı Regional Asan Xidmət Mərkəzlərini, habelə Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət hər birində 3 oyunçu olmaqla 10 komanda, ümumilikdə isə 30 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınamışlar. Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə 1 saylı Asan Xidmət Mərkəzinin "Şuşa”, II yerə Sumqayıt Gənclər Klubunun eyni adlı, III yerə isə Sumqayıt Regional "ASAN xidmət” mərkəzinin "Polad” komandası layiq görülmüşdür.

Qaliblərə Baş İdarənin və Sumqayıt Regional "ASAN xidmət” mərkəzinin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilmişdir.

Qeyd edək ki, cari ilin 06-23 iyul tarixlərində keçiriləcək silsilə xarakterli tədbirlərin növbəti mərhələlərində həmçinin şahmat, futbol, basketbol və voleybol idman növləri üzrə yarışların da təşkili nəzərdə tutulur.
Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər