Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

"Azərbaycanda ürək xəstəliyindən hər il təxminən 400-500 adam dünyasını dəyişir" - HƏKİM

Baxılıb: 2166     Tarix: 06-06-2021 11:52   
"Azərbaycanda ürək xəstəliyindən hər il təxminən 400-500 adam dünyasını dəyişir" - HƏKİM

Ürəyin qorunması, insanı çox xəstəliklərdən qoruyur...
(portret cizgiləri)

Sevinc Əliyeva: “Yer üzündə həkimlik sənətindən böyük, şərəfli sənət yoxdur"

Bilmirəm bu, alın yazısıdır və ya mənim taleyimdir. Uzun illərdir ki, hər ilin may ayı mənim həyatımda çox qarmaqarışıq ay olur. Ya xəstələnirəm, ya da çox dəhşətli bir hadislərlə üzləşirəm... Taleyin hökmünə baxın ki, mən 2001-ci ilin may ayında da infarkt keçirməişəm. May ayının 8-də infakt keçirən vaxtı məni Sumqayıt şəhər1 Nömrəli Xəstəxanaya gətiriblər. Həmin vaxtı xəstəxananın kardeologiya şöbəsində növbətçi həkim, tibb sahəsində çox böyük təcrübəsi olan Sevinc xanım Əliyeva olub. O, həmin vaxtı əlindən gələni elədi ki, mən sağalım və yendən öz işimə qayıdım. Bütün bu illərdə də mənim ürəyimdə hansısa bir problem olanda Sevinc həkimin dəyərli, ağıllı məsləhətləri mənə kömək olub. Demək olar ki, son illərdə ürəyimdə ciddi problem yox idi. Amma 2018-ci ildə yenə də təzyiqimdə problemlər yarananda, təzyiqim yüksələndə və burnumdan qan açılanda Sumqayıt Təcili Tibbi Yardımın həkimləri məni xəstəxanaya gətirəndə, Allahın hökmü ilə yenə də kardeologiya şöbəsində növbətçi həkim Sevinc Əliyeva idi. O, təcili mənim sənədlərimi hazırladı və şöbə müdiri, çox yaxşı kardioloq Cabir Məcidovun təklifi ilə mənə ayrıca palata ayırdılar. Onlar hər ikisi mənim səhhətimlə ciddi məşğul oldular və mən tezliklə sağaldım. Artıq kritik vəziyyət keçib getdi və yenidən öz işimi davam etdirdim. Rejissor kimi tamaşalar hazırladım, yazıçı kimi bədii, publisist əsərlər, jurnalist kimi məqalələr yazdım. Yenə də bu ilin may ayının 10-da ürəyimdə kəskin ağrılar başladı və Sevinc həkimin tövsiyəsi ilə Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın kardeologiya şöbəsinə yerləşdirildim.



Yenə də Sevinc həkim, Cabir həkim əllərindən gələni elədilər ki, mən sağalım. Ürəyimin xəstəliyi azalsın və təzyiqim qaydasına düşsün. Artıq özümü yaxşı hiss eləyirəm və belə qərara gəldim ki, öz işinin yüksək bilicisi, çoxlu insanların həyata qaytarılmasında böyük rol oynayan, dəyərli ziyalı, qayğıkeş insan Sevinc həkimlə müsahibə aparıram. Çünki bilirəm ki, onun həkim kimi dəyərli məsləhətləri oxucular üçün çox maraqlı olacaq.

İlk öncə Sevinc Hacı qızı Əliyeva haqqında çoxminli oxuculara məlumat verib, bildirmək istəyirəm ki, onların nəsli Naxçıvandandır. Amma 1937-ci ildə onun babasını həbs eləyiblər. Bəraət alandan sonra Naxçıvanda yaşamalarına icazə verməyiblər. Bu ailə Tovuzda məskunlaşıb. Sevinc xanım da Tovuzda anadan olub və Sumqayıtda orta məktəbi bitirib. Moskvada Tibb İnstitutuna qəbul olub, amma ailə vəziyyətləri ilə əlaqədar olaraq təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdririb. Burada ali təhsil alandan sonra, iki illik Moskvada da ali kurs bitirib. Moskvada təhsilini başa vurandan sonra təyinatla Lipeçsk şəhərinə göndərilib. Orada kardeoloq-həkim kimi işləyib. Az bir vaxtda böyük hörmət qazanıb. Amma bu şəhərin havası ona düşmədiyinə görə 1984-cü ildə Sumqayıta qayıdıb və poliklinikada həkim-kardioloq işləyib. Bir ildən sonra, yəni 1985-ci ildən 1 Nömrəli Xəstəxananın kardeologiya şöbəsində yüksək mütəxəssis kimi öz işini davam etdirib. Hal-hazırda nəinki Sumqayıtda, hətta respublikada adlı-sanlı həkim-kardeoloqlardan biridir. Yüzlərlə insanlar məhz onun sayəsində ürək xəstəliyindən qurtula biliblər. Mən hər dəfə xəsətəxanada olanda bəzi xəstələrlə də söhbət eləyirdim. Onların da hamısı Sevinc həkimlə bağlı xoş sözlər deyirdilər. Bu xəstələrin hamısı da, bir həkim kimi ona çox inandığını bildirirdilər. Son 20-30 ildə ürək xəstəliyinin çoxalması bütün dünyanı narahat etdiyinə görə Sevinc həkimə ilk sualım belə oldu.

-Sevinc həkim, bu gün ürək, qan-damar xəstəliklərinin artmasının səbəblərini bir mütəxəssis kimi siz, nədə görürsünüz?

-Baxmayaraq ki, səhiyyədə kardeologiya xəstəliyinə tutulanların sayı ildırım surəti ilə inkişaf edir, Ümumdünya Səhiyyə Təşkilatı da bu sahəyə daha çox fikir verir və ürəklə bağlı yeni nailiyyətlət əldə olunur, amma həyatın ağırlığı, dünyanı bürüyən müharibələr, aclıq, səfalət, qaçqınlıq, dəhşətli streslər, sunamilər, təbiətin şıltaqlığı ürək xəstəliyini daha da çoxaldıb. Dünya səhiyyə alimləri müəyyənləşdibilər ki, insanların ölüm riskinə görə xəstəliklər arasında ürək xəstəlikləri birinci yeri tutur. İkinci yerdə hipertaniya, üçüncü yerdə şəkərli diabet xəstəlikləri və dördüncü yerdə isə şiş, xərçəng xəstəlikləridir. Budan sonra isə başqa xəstəliklər gəlir. Hətta artıq dünyanı bürüyən dəhşətli COVİD-19 pandemiya xəstəliyi, hansı ki, insanları belə dəhşətli qorxuya salıb, bu xəstəlik də ürək xəstəliyinin yanında çox aşağıda durur. Həm də müəyyənləşdiriblər ki, cəmi 10 milyon əhalisi olan Azərbaycanda ürək xəstəliyindən hər il təxminən 400-500 adam dünyasını dəyişir. Amma Fransa kimi böyük bir ölkədə isə əhalinin sayına görə ürək xəstəliyindən ölənlərin sayı cəmi 18 faizdir. Bu onu göstərir ki, Fransada insanların həkimə inamı çox böyükdür. Onlar tez-tez həkimlərə müraciət eləyib, müayinələrdən keçirlər. Həkimlərin tövsiyyə elədiyi dərmanları hökmən qəbul eləyirlər. Sosial inkşaf da orada yüksəkdir. Ürək xəstəliyini yaradan əsas faktorlar qidalanma, pis vərdişlərin olması, siqaretə, alkaqola alüdəçilik, piylənmə, qızardılmış yeməklərin istifadəsi, xolestirin çox olan qidaların qəbulu, ümumi tibbi biliyin, maariflənmənin aşağı səviyyədə olması və bütün bunlar ürək xəstəliyi faktorunu artıran səbəblərdir. Çünki biz, bir millət kimi çox dadlı, ləzətli və əsasən də ətli xorəkləri yeməyi daha çox xoşlayırıq. Həm də dərmanların qiymətinin baha olası və çox dərmanların da keyfiyyətinin aşağı olması da xəstəliklərin çoxalmasına səbəb olur. Dünya alimləri fikirləşirlər ki, niyə Fransada ölüm faktoru azdır? Bunu onunla əlaqələndirirlər ki, birincisi orada insanların inkişaf səviyyəsi, güzəranı çox yüksəkdir. İkincisi onlar qırmızı çaxırdan daha çox istifadə eləyirər. Amma miqdarında. Fransızlar özlərinin qidalanmasına daha çox fikir verirlər. Onu da vurğulayım ki, dünya tibb aləmində qəbul olunub ki, həftədə bir -iki dəfə 50-70 qram spirtli içki qəbul etmək ürək damarlarına yaxşı təsir edir. Bu gün ürək xəstəliyi çox inkişaf etdiyinə görə və müəyyənləşdiriləndə ki, xəstədə damar tıxanması var, ona vaxtında stend qoyulması, anju edilməsi də ölüm riskini azaldır. İnsanın yaşamasını uzadır. Əgər insan istəyirsə yaşasın və ürək xəstəliyinə tutulmasın, ona görə də stresdən uzaq olmalı, sağlam həyat tərzi yaşamalı, yeməyinə fikir verməli, zərərli vərdişlərdən- siqaretdən, spirtli içkiyə alüdə olmaqdan, narkotik vasitələrdən tam uzaq olmalı, ən azından hər gün 4-5 kilometr piyada gəzməli, oturaq həyat tərzi keçirməməli, orqanizmində piylənmənin qarşısını almalı, risk faktorlarından, sosial problemlərdən uzaq olmalıdır.

Müasir elm də sübut eləyir ki, həyatın elə qayda-qanunları var, onlardan qəti kənara çıxmaq olmaz. Çünki bütün dünyada xəstəliklər ümumiləşib və ona görə də hamı ümumi prinsiplərə əməl eləməlidir. Məsələn elə dərmanlar var ki, ürək xəstəlikləri olan insanlar onlardan bütün ömürləri boyu istifadə eləməlidirlər. Amma onlar bir balaca sağalan kimi həmin dərmanlardan istifadə eləmirlər. Yenə də adi köhnə həyat tərzinə qayıdırlar. Spirtli içki içir, siqaret çəkir və başqa lazımsız vərdişlərini davam etdirirlər. Sonra da onlarda xəstəlik daha böyük fəsadlar verir.

- Uzun illərdir ki, azərbaycanlı xəstələr xarici ölkələrdə müalicəyə daha böyük üstünlük verirlər. Hətta tez-tez televiziyaralarda, Kütləvi İnformasiya Vasitələrində xarici ölkə həkimləri daha çox təbliğ olunur. Bunun əsas səbəbi nədir?

-Əgər vicdanla doğrusunu desək, kardiologiya sahəsində indi Azərbaycanda savadlı həkimlər çoxdur. Artıq bu sahədə böyük baza var. Çünki həkimlərimizin çoxu tanınmış tibbi mərkəzlərdə- Moskvada, Amerikada, Almaniyada, Türkiyədə, Fransada və başqa məşhur xarici ölklərdə savad alıb gələn uzman həkimlərdir. Artıq kardiologiya üzrə lazım olan tibbi avadanlıqlar da ölkəmizdə çoxdur. Ona görə xəstələrin böyük pullar xərcləməklə kardiologya üzrə başqa yerlərə getməyinə ehtiyac yoxdur. Bizim öz həkimlərimiz onları xarici ölkə həkimlərindən daha yaxşı müalicə edə bilərlər. Amma onkologiya üzrə Almaniyaya getməyə ehtiyac var. Çünki qan xəstəlikləri onkologiyasının Almaniyada, İsraildə yaxşı mütəxəssisləri var. Onlar onkoloji xəstələrə lazım olan kimi kömək eləyə bilirlər.

- Ömrünün artıq qırx yeddi ilini Sumqayıt səhiyyəsinə xidmət eləyən mütəxəssis kimi, burada səhiyyədə olan işlər barədə nə deyə bilərsiniz?

-Mən, çox böyük səmimiyyətlə deyə bilərəm ki, Sumqayıt həkimlərinin ən azından 80 faizi çox savadlıdır. Bütün sahələrdə savadlı həkimlərimiz yetərincədir. Sumqayıt şəhəri salınan vaxtdan burada çox savadlı həkimlər işləyib. Onlar da özlərindən sonra çox bacarıqlı davamçılarını yetişdirdiblər. Bizdə Bakıdan fərqli olaraq tibbi avadanlıqlar bir qədər zəifdir. Əgər burada yaxşı tibbi avadanlıqlar olsa, Sumqayıt həkimləri Bakı həkimlərində xəstələrə daha yaxşı xidmət eləyə bilərlər və onları tam sağaldarlar. Belə olanda isə respublikanın hər yerində xəstələr daha çox Sumqayıta gələrlər, nəinki Bakıya gedərlər. Mən bunu qətiyyətlə deyirəm. Ona görə də xahişim budur ki, Sumqayıta daha çoxlu və müasir xarici tibbi aparatlar gətirilsin və onun da effektini hamı görəcək.

- Belə bir deyim var ki, hər kəs özünün həkimi olmalıdır. Belə olduqda insanların özlərinin həkimi olmaq üçün ən əsası nə lazımdır?

-Bu çox maraqlı sualdır. Əlbəttə, ilk növbədə insanlarımızın tibb sahəsində maarifləndirməsi çox lazımdır. Doğrudur indi insanlar saytlara, yutuba girməklə xəstəliklərlə bağlı çox şeyləri öyrənirlər. Bu sahədə artıq KİV-lərdə də yazılar çox artıb. Artıq tez-tez televizorda da həkimlər ayrı-ayrı xəstəliklərlə bağlı çıxışlar eləyib, maraqlı məlumatlar verirlər. Amma bu, çox azdır. Tibbi maarifləndirmə nə qədər çox aparılsa, xəstələrin də həkimə müraciəti azalar. İnsanlarımız bütün bunlara, yəni tibbi maarifləndirməyə daha ciddi riayət eləsələr tibb sahəsində onlar yaxşı maariflənər və ilk anda özləri-özlərinin həkimləri ola bilərlər.

-Bir həkim kimi 44 günlük Vətən Müharibəsindən qalıb çıxan və Qarabağ torpaqlarımızın 75 faizini erməni faşistlərindən azad eləyən xalqımıza hansı məsləhətləriniz var?

-Bu tarixi qələbəmiz, artıq bütün dünya xalqlarını mat qoyub. Əlbəttə, şəhidlərimiz də oldu. Bunsuz mümkün deyildi. Hər bir şəhidimiz millətimizin tacıdır. Həmin müharibə günlərində biz də çox işlədik. Demək olar ki, gecə və gündüz işdə olurduq. Bura gələn yaralıları müalicə eləyirdik. Eləcə də onların valideyinləri, hansılar ki, ürək-qan damarlarından əziyyət çəkirdilər, biz onlara da lazım olan bütün köməkliklərimizi eləyirdik. Eləsə də COVİD-19 pandemiyası ilə bağlı bizim Sumqayıt həkimləri də bu xəstəliyin qarşısını almaq üçün çox böyük qəhrəmancasına vuruşdular və elə indi də vuruşurlar. Xalqımıza isə ürəklə bağlı məsləhətim odur ki, həyatmızda yuxarıda riks faktorları dediyim məslələr var ki, insanlarımız özləri istəsələr onun öhdəsindən gələ bilərlər. Məsələn aktiv həyat tərzi yaşaya bilərlər. Qidalanmalarına özləri fikir verə bilərlər. Mal, qoyun əti yeməklərindən istifadə etməyə bilərlər. Axı bunlar qan-damar xəstəliklərini yaradan faktorlardır. Meyvə-tərəvəzə daha çox üstünlik verə bilərlər. Hər gün 4-5 kilometr piyada gəzə bilərlər. İstəsələr özlərini stresdən də qoruya bilərlər. Vaxtaşırı həkimə müraciət eləyib, müayinələrdən keçə bilərlər. Məgər bunlar həlli mümkün olmayan böyük problemli işlərdirmi? Əlbəttə də ki, yox. Axı biz bunları etməklə insan ölümünə daha çox səbəb olan xəstəliklərin- infarkt, hipertaniya, şəkər xəstəliklərinin qarşısını daha tez ala bilərik. Deməli, ümumi götürəndə bunun 80 faizi bizim öz əlimizdədir. Insana tibbi maarifləndirmə ilə yanaşı böyük iradə də lazımdır. Iradəsi böyük olan insanlar özlərini xəstəliklərdən qoruya bilirlər.

-Siz çox vaxt söhbətlərinizdə insanlarla təbiəti bir-birinə bənzədirsiniz. Onların oxşarlığı haqqında çox danışırsınız. Bir həkim kimi bu fəlsəfi duyuma necə gəlibsiniz?

-Mən lap cavanlıq illərindən, daha doğrusu həkim kimi fəaliyyətə başlayandan belə qərara gəlmişəm ki, insan təbiətin bir qoludur. İndi yaş keçəndən sonra görürəm ki, fikrimdə heç də yaılmamışam. Bir həkim kimi isanda gedən fizioloji prosesləri gördükdə başa düşürəm ki, bu təbiətlə bir vəhdət təşkil eləyir. Əgər təbiətlə insan tarazlıq halındadırsa həmişə gözəldir. Və bu insan sağlamlığına, psixikasına da yaxşı təsir edir. Bu insanın məişətinə, ailə həyatına da yaxşı təsir göstərir. Yox, əgər təbiətdə təlatümlər, sunamilər, zəlzələlər, müharibələr, dəhşətli hadisələr baş verirsə bütün bunlar insanın həyatına da təsir eləyir. Hətta həmin adam bu hadislərin, dəhşətlərin içərisində olmasa belə yenə də təsir edir. Ona görə də gərək insanlar təbiətə qarşı bu qədər azğınlıqlar eləməsinlər. Müharibələr törətməsinlər. İnsanlar özlərinin sağlamlığına görə nəyin bahasına olursa -olsun bu tarazlığı qoruyub saxlmalıdırlar. Təbiəti məhv eləməsinlər. Təbiətə kompleks formada yanaşsınlar. Öz peşəsinin yaxşı bilicisi olan həkimlər də çalışırlar ki, xəstəni komplek müalicə eləsinlər. Komplek müalicə olunan xəstə də sonra daha xəstələnmir. Özünü gümrah hiss eləyir.

-Siz, ömrünüzün 47 ilini Sumqayıtda yaşayırsınız. Bu şəhər sizin həyatınızda hansı rolu oynayıb?

-Mən bu şəhərdə ailə qurmuşam. İki övladım, beş nəvəm və məni yarım sözdən başa düşən həyat yoldaşım var. Qoy məndən inciməsin Sumqayıta əvvəl rəhbərlik edən insanlar. Cənab Zakir Fərəcov Sumqayıt şəhərinin İcra Hakimiyyətinin başçısı olandan sonra bu şəhər çox gözəlləşib. Sumqayıt indi özünün əsl intibah dövrünü yaşayır. Sumqayıt dənizkənarı bülvarı, şəhərin girişi, Heydər Əlivey muzeyi və onlarla maraqlı tikililər şəhərə çox böyük yaraşıq verir. Küçlərdə, parklarda olan gözəllik, səliqə sahman, Sumqayıtı Avropanın şəhərlərinə oxşadır. Çünki mən Avropanın bir neçə ölkəsində olmuşam və həmin şəhərlərlə Sumqayıtın oxşar cəhətlərini görmüşəm. Belə şəhərdə işləmək və yaşamaq böyük fəxarətdir. Ölkə baçımız cənab İlham Əliyevin də Sumqayıta diqqəti çox böyükdür.

- Həkimlik sənətini başqa hansı sənətlərə bənzətmək olar?

- Həkimlik sənətini mən incəsənətə, ədəbiyyata bənzəyir. Əgər rəssamın əsəri, bəstəkarın musiqisi, yazıçının, dramaturqun əsərləri ilk öndə, yəni çəkiləndə, yazılanda cansızdırlarsa və insanların ona baxmasından, qulaq asmasından, oxumasından, səhnədə görməsindən sonra canlanırsa, həkimin əsəri olan xəstə isə ilk öncə canlıdır. Amma biz, xəstəni xəstəlikdən çıxarmaqla o, yaxşılığa doğru daha da canlanır. Bununla biz, xəstənin özünün və yaxınlarının sevincini görəndə böyük incəsənət əsəri yaradığımızı başa düşürük. Ona görə də hər bir həkim yaradıcı insan olmasa öz xəstələrini sağalda bilməz. Xəstə kliniki ölüm keçirəndə və kardioloq onu bu vəziyyətdən çıxaranda mənə elə gəlir ki, həkim üçün bundan da böyük xoş anlar yoxdur həyatda. Bu, həkim üçün sevincin pik nöqtəsidir ki, sən xəstəni öz ağlınla, bacarığınla əzrayılın əlindən alırsan. Bu da böyük və şedevr əsərdir. Ona görə də yer üzündə həkimlik sənətindən böyük, şərəfli, məsuliyyətli sənət yoxdur. Axı həkimlərə tarixlər boyu Ulu Tanrının Yer kürəsində sadiq və seçilmiş elçiləri deyiblər. Əgər mənə belə bir sual verilsə ki, yenidən doğulsaydın hansə sənəti seçərdin? Mən bir an düşünmədən deyərdim ki, həkimlik sənətini və özü də kardiologiya sahəsini seçərdim. Çünki kardiologiya insan orqanlarının şahı və bunun vasitəsi ilə bütün orqanların yaşaması deməkdir. İnsanda sevgi də ürəkdən olanda bu, ən ülvi, təmiz və pak sevgi adlanır. Məhz ona görə də şairlər, yazıçılar ürəklə bağlı daha çox və maraqlə əsərlər yazıblar. Atalarımız isə deyib ki, “ürək yanmasa, gözdən yaş çıxmaz”. Ürək ağlayanda isə, insanın bütün orqanları onunla birlikdə sızıldayır... Axı ürək, insan orqanizmini idarə edən matordur. Bu matoru isə qorumaq hər bir insanın müqəddəs borcudur.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər