Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu

Qüdrət Muğanlı vəfat edib:AJB Sumqayıt təşkilatının başsağlığı

Baxılıb: 3214     Tarix: 30-10-2020 22:17   
Qüdrət Muğanlı vəfat edib:AJB Sumqayıt təşkilatının başsağlığı
Azərbaycan mətbuatına və Sumqayıt ədəbi mühitinə ağır itki üz vermişdir Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, "Sumqayıt" qəzetin baş redaktoru, respublikanın Əməkdar jurnalisti Qüdrət Balakişi oğlu Məlikov (Muğanlı) 79 yaşında vəfat etmişdir.

Qüdrət Məlikov 23 iyul 1941-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini və "Jurnalist Sənətkarlığı" İnstitutunu bitirmişdir. 1969-cu ildən Sumqayıt şəhərində yaşamış və taleyini "Sumqayıt" qəzeti ilə bağlamışdır. Uzun illər (ömrünün sonuna qədər) qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.
Azərbaycanın ilk mətbu orqanı "Əkinçi" qəzetinin naşiri Həsənbəy Zərdabinin nəslindən olan Qüdrət Məlikov minlərcə publisistik yazının və yüzlərlə oçerkin müəllifidir.
Bədii yaradıcılıqla da məşğul olan Qüdrət Muğanlının şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt - 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları "Bizdən sizə qalan sözdü", "Bu da belə bir ömürdü...", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunmuşdur. "Unuda bilməzsən məni" və "Səni ürəyimdə yaşadacağam" adlı şeir kitabların müəllifidir.
Qüdrət Muğanlı Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü idi. "Həsən bəy Zərdabi" və "Qızıl qələm" media mükafatları laureatıdır. "Zərdabi" diplomu ilə təltif edilmişdir.
1991-ci ildə SSRİ Jurnalistlərinin VII qurultayının nümayəndəsi olmuşdur.
21 iyul 2005-ci ildə Azərbaycan Milli Mətbuatının 130 illiyi münasibətilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.
Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Qüdrət Muğanlı 27 oktyabr 2020-ci ildə 79 yaşında vəfat etmişdir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının bütün üzvləri həmkarları Qüdrət Muğanlının vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun!

Ruhuna dərin ehtiramla,
Rafiq Oday, Əşrəf Veysəlli, Eyruz Məmmədov, Rəhman Orxan, Hacı Cəfər Həkim, Zümrüd Baloğlanova, Namiq Dəlidağlı, Əli Nəcəfxanlı, Asif Asiman, Sübhan Quliyev, Firdovsi Cəfərxan, Avtandil Ağbaba, Fuad İslamoğlu, Ucal İldırım, Mədaxil Cavadlı, Ağalar İdrisoğlu, Vüqar İltifatoğlu, Elman Telmanoğlu, Sübhan Arifoğlu, Əli Rafiq, Şəfa Əliyev, İldırım Dəmirli, Rəfail Laçınlı, Natiq İsmayıloğlu, Ətrabə Rzayeva, Çinarə Vaqif, Suliko Daqarquliya, Rahilə Veysəlli, Alı Səfolu, Aida Eyvazlı, Mərcan Sabirqızı, Ruhiyyə Bahar, Aygün Hacıyeva, İlhamə Məhəmmədqızı, Lilpar Cəmşidqızı, Rəna Təbəssüm, Səidə Qardaşxanlı, Sevinc Qərib, Rahilə Hüseynova, Kəmalə Pirəsədli, Akif Həsənov, Qafqaz Əvəzoğlu, Eldar Xanlaroğlu, İbrahim Abdullayev, Nizami Kolanılı, Elcan Oruclu, Fərhad Nəhmətoğlu, Asif Hüseynoğlu, Namiq Məmmədli, Ağasəf Əhmədov, Qorxmaz Türk İsrafiloğlu, İlqar Həbibi, Ələddin Əmirli, Rasim Zamanov, Kamran Murquzov, Kənan Aydınoğlu, Niyaz Allahverdiyev.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər