Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü

Baxılıb: 41 348     Tarix: 08-07-2020 18:36   
Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü

2019-cu ilin may ayının 3-də Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yerləşən eynək dükanında dəhşətli cinayət hadisəsi baş verib.
Seymur Abdullayev və Gülnar Əmənova Təcili Yardım Xəstəxanasına bıçaq xəsarətləri ilə daxil olublar.

Göstərilən tibbi yardıma baxmayaraq, qadın mayın 14-də vəfat edib və Seymur Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, əvvəllər dörd dəfə məhkum olunmuş Seymur Abdullayev tanış olduğu Gülnar Əmənova ilə 2015-ci ildən qeyri-rəsmi nikahda yaşayıb. Qadının mobil telefonla ondan gizli başqa şəxslərlə danışmasından şübhələndiyinə görə tez-tez aralarında mübahisələr yaranıb, 2019-cu ilin aprel ayında cütlük ayrılıb.
Həmin ilin may ayının 1-də Seymur “Cavid” ticarət mərkəzinin yaxınlığında olarkən, arvadının tanımadığı şəxslə birlikdə getdiyini görüb. Buna görə də Gülnarı öldürmək qərarına gəlib. Ayın 3-ü, saat 17 radələrində Seymur sərxoş vəziyyətdə arvadının işlədiyi eynək mağazasına gələrək, sonuncu ilə mübahisə edib.

Gülnar Əmənova onunla yaşamaq istəmədiyini söylədikdə, bıçaqla qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Onları ayırmağa çalışan vətəndaşlara imkan verməyərək, Seymur yenidən qadına çoxlu sayda xəsarətlər yetirib. /Baku TV

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər