Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Bayraq Günü münasibəti ilə “İradənlə qalib gəl” şüarı altında “Açıq qapı Günləri” adlı tədbir keçirildi

Baxılıb: 3152     Tarix: 02-11-2019 16:03   
Sumqayıtda Bayraq Günü münasibəti ilə “İradənlə qalib gəl” şüarı altında  “Açıq qapı Günləri” adlı tədbir keçirildi

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibəti ilə “İradənlə qalib gəl” şüarı altında “Açıq Qapı Günüləri” adlı kütləvi idman tədbiri keçirilmişdir.
Tədbirdə cüdo, sərbəst güləş, idman gimnastikası, bədii gimnastika, kikboksinq, boks, taekvondo, badminton, üzgüçülük, ağır atletika, stolüstü tennis, qol güləşi və karate idman növləri üzrə 200-ə yaxın idmançı iştirak etmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov qeyd etdi ki, Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərətərəfli inkişaf yolu günümüzdə cənab prezident İlham Əliyev tərəfindən yüкsələn xətlə davam etdirilir, dövlətimiz böyüк iqtisadi layihələrə imza atır, еlm, təhsil, mədəniyyət, səhiyyə, idman bir sözlə həyatın bütün sahələrində böyük uğurlar əldə edilir. Bütöv Azərbaycanın fonunda son illər özünün yeni inkişaf dövrünü yaşayan Sumqayıtın sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir. Şəhərimizdə həyata keçirilən abadlıq və quruculuq işləri şərəfli dövlətçilik tariximizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması kimi məsələləri də əhatə edir. Bütün bunlar onu göstərir ki, ölkə rəhbəri cənab İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir. Sumqayıtın artıq nəinki respublikamızın, Avropanın və dünyanın gözəl diyarlarından birinə çevrildiyini qeyd etdi.

E.Hümbətov daha sonra vurğuladı ki, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar Azərbaycanı qüdrətli idman ölkəsinə çevirmişdir. Təbiiki əldə olunmuş uğurlarda Sumqayıt idmançılarının nəaliyyətlərinində xüsusi payı olduğunu vurğuladı.

Digər çıxış edənlər Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, prezident təqaüdçüsü, şöhrət ordenli Məmməd Eyvazov, cüdo üzrə ikqat Paralimpiya Oyunlarının qalibi, London Yay paralimpiya Oyunlarının bürünc mükafatcısı, ikiqat dünya, yeddiqat avropa çempionu, 1-ci Avropa Oyunlarının qalibi, “Şöhrət” ordenli İlham Zəkiyev ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsi olaraq bütün bölgələrimizdə İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, dövlətimizin hərtərəfli, dinamik inkişafında, beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan təcrübədən müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan danışaraq tədbir iştirakçılarını təbrik etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.

Tədbirin bədii hissəsində gənc müğənni Elvin Mustafayevin ifasında mahnılar səsləndirilmiş və daha sonra idman növləri üzrə nümunəvi və tamaşa xarakterli yarışlar göstərilmişdir.








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər