Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda “Multikulturalizm diyarı Azərbaycan” mövzusunda dəyirmi masa keçirildi

Baxılıb: 262     Tarix: 06-09-2019 11:11   
Sumqayıtda “Multikulturalizm diyarı Azərbaycan” mövzusunda dəyirmi masa keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində “Multikulturalizm diyarı Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir. Məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası, gənclər arasında yüksək humanist dəyərlərin, ümumbəşəri dəyərlərin, sülhsevərliyin təbliğ edilməsi olmuşdur.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə çıxış edən Baş İdarənin əməkdaşı Pərvin Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov Azərbaycanda multikulturalizmin inkişafından, ölkədə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılması istiqamətində görülən işlərdən, xalqımızın multikultural dəyərlərə sadiqlik nümayiş etdirməsindən, dünyəvi və demokratik dövlət olaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından ətraflı danışdılar. Bildirildi ki, Azərbaycanda multikulturalizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun hakimiyyəti dövründə ölkədə dinindən və milliyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşamışdır. Ulu Öndər respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və bu siyasət hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkəmizdə yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması ölkədə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin əyani sübutudur.

Tədbirdə maraqlı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və sonda iştirakçılara maarifləndirici xarakterli bukletlər paylanılıb.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər