Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş könüllü gənclərin voleybol yarışı keçirildi

Baxılıb: 356     Tarix: 10-08-2019 12:30   
Sumqayıtın 70 illik yubileyinə həsr edilmiş könüllü gənclərin voleybol yarışı keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhərin 70 illik yubileyinə həsr edilmiş müxtəlif sahələri təmsil edən gənc könüllülər arasında voleybol yarışı təşkil edilmişdir.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, Sumqayıt şəhərinin əsaslı yenidənqurma və abadlıq işlərinin aparılması nəticəsində xüsusi zövq oxşayan görkəm qazanmasından, ölkəmizdə, o cümlədən şəhərimizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri, Sumqayıt şəhərinin 70 illik yubileyi əlaqədar təsdiq olunmuş Tədbirlər Planını icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır.

Yarışda ümumilikdə 6 komanda və hər komandadan 7 nəfər olmaqla 42 gənc qalib adı uğrunda mübarizə aparmışdır.

Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz”, II yerə Qızıl Aypara, III yerə isə Sumqayıt Gənclər Klubunun eyni adlı komandaları layiq görülmüşdür.

Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər