Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabının təqdimatı olub - ŞƏKİLLƏR

Baxılıb: 2264     Tarix: 15-07-2019 16:52   
 Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabının təqdimatı olub - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Əli Kərim adına Poeziya Evinin təşkiatçılığı ilə “Azərbaycan Respublikasında Nəsimi ili” çərçivəsində tədqiqatçı- yazar Aygün Cəfərovanın "Nəsimi yaradıcılığında folklor izləri" adlı kitabının təqdimatı keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri Poeziya Evinin direktoru, kitabın redaktoru, şair İbrahim İlyaslı açaraq mütəfəkkir şair Nəsiminin yaradıcılığına verilən dəyərin vacibliyindən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Nəsiminin 650 illiyi ilə bağlı Sumqayıtda silsilə tədbirlərin həyata keçirildiyindən, eləcə də kitabın araya- ərsəyə gəlməsindən, Aygün Cəfərovanın ədəbiyyatşünaslıqda layiqli imza sahibi olacağına inamından danışıb.

Sonra kitabın elmi redaktoru filologiya elmlər doktoru, professor Rüstəm Kamal çıxış edərək müəllifin özünəməxsus tədqiqat üslubunun olduğunu, Nəsimi şeirində folklor emosiyasını hiss edib ifadə edə bilmə imkanlarından söz açıb.

Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər Nəsimi dilinin ədəbi dilimizin mühüm mərhələsi olduğunu, onun xalq dili və bədii təfəkküründən ayrı düşünülməsinin mümkünsüzlüyünü və şairin yaradıcılığının daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu dilə gətirib.

Tədbirdə iştirak edən filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlu, şair Əşrəf Veysəlli, Aygün Cəfərovanın ilk müəllimi olmuş Hökümə Allahverdiyeva, Fərhad Nəhmətoğlu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov da çıxış edərək müəllifə yaradıcılıq uğurları arzu ediblər.

Sonda kitabın müəllifi Aygün Cəfərovaya söz verilib. O bildirib ki,mütəfəkkir şairin yaradıcılığına həsr olunmuş kitab Azərbaycanda "Nəsimi İli" çərçivəsində "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB” və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin dəstəyi ilə çap olunub. Müəllif tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib.

Tədbir şeir və musiqi nömrələri ilə yekunlaşıb.










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər