Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda ilk “İnteraktiv bilik yarışı” keçirildi -ŞƏKİLLƏR

Baxılıb: 3134     Tarix: 21-06-2019 16:01   
Sumqayıtda ilk “İnteraktiv bilik yarışı” keçirildi
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə 21 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “İnteraktiv bilik yarışı” keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Sumqayıtda aparılan yenidənqurma və abadlıq işlərindən danışaraq qeyd etmişdir ki, şəhərimizin 70 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı uğurla icra edilir. Bildirildi ki, yarışın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaqla yanaşı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Sumqayıt “ASAN xidmət” mərkəzinin direktoru Kəmalə Rəhimova çıxışında gənclərin ictimai fəallığının artırılması və könüllülük fəaliyyətinə cəlb olunması sahəsində görülən işlərdən, Sumqayıtda könüllülük fəlsəfəsinin inkişafından danışmış və bildirmişdir ki, şəhərimiz respublika könüllülük hərəkatına öz töhfəsini verir.

Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 17-29 yaş arası gənclərdən ibarət 8 komanda olmaqla, ümumilikdə 40 iştirakçı öz bilik və bacarıqlarını sınamışdır. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər Bölməsinin “Qızıl Aypara” komandası, II yerə Sumqayıt “ASAN xidmət” mərkəzinin “Mübariz” komandası, III yerə Sumqayıt Gənclər Klubunun “Zirvə” komandası layiq görülmüşdür. Qaliblərə Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilmişdir.

Sonda yarış iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.





Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər