Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Futbol üzrə Azərbaycan çempionatının qalibi olmuş Sumqayıt komandaları mükafatlandırıldı

Baxılıb: 4292     Tarix: 20-06-2019 23:32   
Futbol üzrə Azərbaycan çempionatının qalibi olmuş Sumqayıt komandaları mükafatlandırıldı

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bu gün Gənclər evində 2018-2019-cu illər mövsümündə Region Liqasında, XI-X sinif şagirdləri arasında Azərbaycan birinciliyində və çimərlik futbolu üzrə X yaşlılar arasında Azərbaycan çempionatında müvafiq olaraq qalib gəlmiş “Uğur” FK-u, futbol üzrə şəhər yığma komandası və “Sünami” FK-nun idmançıları məşqçiləri və rəhbərləri ilə görüş keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdi, ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğuladı. Daha sonra çıxış edən Veteran futbolçu Azərbaycan Respublikasının Əməkdar məşqçisi Telman Salahov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov və “Uğur FK-nun prezidenti Vasif Maşayev ölkə birinciliyinin qalibi olmuş hər üç komandanın idmançılarını təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Çıxış edən futbol üzrə şəhərin baş məşqçisi Ağamusa Bağırov, “Uğur” FK-nun baş məşqçisi Qəzənfər Abbasov göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə və əziyyəti olmuş hər bir təşkilata öz minnətdarlığını bildirmişdir.

Sonda qalib komandalar Baş İdarənin fəxri fərmanı ilə təltif edilmiş və onlarla xatirə şəkili çəkdirilmişdir.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər