Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın gələcəyini irəlicədən görən rəssamın fərdi sərgisi - ŞƏKİLLƏR

Baxılıb: 2180     Tarix: 18-06-2019 13:34   
Sumqayıtın gələcəyini irəlicədən görən rəssamın fərdi sərgisi

15 iyun - Milli Qurtuluş günü və Sumqayıtın 70 illik yubileyi münasibətilə "Sumqayıtın Tarixi" muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, sumqayıtlı rəssam Tofiq Əhmədovun fərdi sərgisi nümayiş olunub. Sərgidə şəhər ictimaiyyətinin nümayəndələri - ziyalılar, iş adamları, sənət yoldaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Olya İslamova rəssamın yaradıcılıq yolu haqqında geniş məlumat verib. Şəhərin baş rəssamı, Azərbaycanın Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov, respublikanın tanınmış rəssamları İlqar Əliyev, Nazir Pirquliyev, Əməkdar jurnalistlər Eyruz Məmmədov, Qüdrət Məlikov, respublika Dövlət mükafatı laureatı, kimya elmləri namizədi Təbrik Quliyev öz çıxışlarında Tofiq Əhmədovun sərgidə nümayiş etdirilən əsərləri barədə fikirlərini söyləmiş, ona yeni sənət uğurları arzulamışlar.

Sərgidə rəssamın son illər yaradıcılıq məhsulu olan 60-dan artıq maraqlı rəngkarlıq əsərləri - Azərbaycanın görkəmli sənət adamlarının portrerlərİ, təbiət mənzərələri, natürmortlar, ağaclardan, müxtəlif materiallardan hazırlanmış tətbiqi sənət nümunələri və s. nümayiş etdirilir.

...Tofiq Əhmədov ilk rəssamlıq təhsilini Bakı Rəssamlıq məktəbində almışdır. Sonralar həm də Sumqayıt Politexnik Texnikumunu bitirən gənc rəssam təhsil illərində Sintetik kauçuk zavodunun estetika şöbəsində çalışmış, öz istedad və bacarığı ilə sənaye müəssisələrinin, eləcə də ümumşəhər tədbirlərinin tərtibat işlərində fəal iştirak etmişdir. 1989-cu ildən şəhərin Bədii tərtibat və reklam İdarəsində fəaliyyətini rəssam kimi davam etdirən Tofiq Əhmədovun Sumqayıtın müxtəlif məhəllə və mikrorayonlarının bədii-estetik tərtibatında mühüm rolu olmuşdur.

1974-cü ildən başlayaraq böyük bir sənət yolu keçmiş rəssamın yaradıcılığı çoxşaxəliliyi ilə maraq doğurur. Onun sərgidə nümayiş etdirilən, rəngli boya ilə kətan üzərində işlədiyi, müxtəlif janrlarda yaratdığı rəngkarlıq nümunələri özünəməxsusluğu, orijinallığı ilə seçilir. Rəssamın bənzərsiz fırça ustası, Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin, Xan qızı Xurşid banu Natəvanın, builki Nəsimi ilinə töhfə olaraq görkəmli aktyor Rasim Balayevin simasında çəkdiyi dahi şairin, dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun, Sumqayıtın baş rəssamı Vaqif Nəzirovun, eləcə də ekiz nəvələrinin böyük ustalıqla yaratdığı portretləri, batal janrında işlədiyi “Xalq qəhrəmanı Babək”, Aprel şəhidlərinə həsr etdiyi “Şəhidlər ölmür” və s. əsərləri maraqla baxılır.

Tofiq Əhmədovun Sumqayıtın dünənini, bugününü, rəssam təxəyyülündən doğan gələcəyini əks etdirən əsərləri diqqəti xüsusilə cəlb edir. Rəssamın ağac üzərində işlədiyi, mövzu müxtəlifliyi ilə seçilən oyma nümunələri onun yaradıcılıq potensialının genişliyini təsdiq etməklə sənətsevərlərdə xoş ovqat yaradır, müəllifin sənətinə və özünə rəğbəti daha da artırır.

Tofiq Əhmədovun ən maraqlı, dəyərli əsəri isə onun Sumqayıta böyük sevgi ilə, onun daha işıqlı, daha gözəl sabahına inamla yaratdığı monumental “Sumqayıt XXI əsrdə” pannosudur. 2010-cu ildə əsaslı təmirdən sonra yeni, müasir görkəm almış Muzeydə əsas eksponatlardan biri kimi ən baxımlı yerdə nümayiş etdirilən həmin əsər sumqayıtlıların və şəhərin qonaqlarının diqqətini daha çox cəlb edən, qəlb oxşayan romantik bir mənzərə kimi yaddaşlarda dərin iz buraxır. Maraqlıdır ki, rəssam sanki öz

dərin təxəyyülü, sənətkar fəhmi ilə gündən-günə gözəlləşən, daha da füsunkar olan Sumqayıtın bugününü hələ 10 il əvvəl xəyalən görərək, belə bir fundamental əsər yaratmışdır. Onun vaxtilə rəssam xəyalında canlandırdığı mənzərənin bu gün göz oxşayan bir reallığa çevrilməsi sənətkar fantaziyasının nə qədər güclü, həm də inandırıcı olduğunu təsdiq edir.

Bəli, xoş sabahı, irəlini görmək Tofiq Əhmədov yaradıcılığı üçün xarakterik bir xüsusiyyətdir. Onun fırçasının təkrarsız gözəllikli məhsulu olan “Sumqayıt XXI əsrdə” tablosunun hələ illər öncə Sumqayıtın bugünkü füsünkar dənizkənarı panoramasını əks etdirməsi, illər keçdikdən sonra şəhərin yeni rəhbərliyinin böyük quruculuq səylərinin qürur doğuran nəticələrindən biri kimi öz praktik, həyati həllini tapması, tablodakı təsvirin bugünümüzün reallığına çevrilməsi həm də Tofiq Əhmədovun rəssam kimi böyük bir sənət uğurudur. Ona daha böyük yaradıcılıq sevincləri arzulayırıq!

Rəhman ORXAN

















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər