Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

Sumqayıtın 70 illiyinə həsr olunmuş kross üzrə şəhər birinciliyinə yekun vuruldu

Baxılıb: 388     Tarix: 25-05-2019 10:50   
Sumqayıtın 70 illiyinə həsr olunmuş kross üzrə şəhər birinciliyinə yekun vuruldu

“Sumqayıt Bulvarı”nda şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında kross üzrə şəhər birinciliyi keçirilmişdir. Müəyyən olunmuş marşurut üzrə 3000 metr məsafəyə kross yarışında 48 ümumtəhsil məktəbinin 150-yə yaxın şagirdi iştirak etmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov və Təhsil şöbəsinin metodisti İlham Mirzəliyev Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda isə prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində bütün sahələrə olduğu kimi idmana da xüsusi diqqət və qayğı göstərildiyi, gənc nəslin fiziki və mənəvi inkişafına həmişə prioritet məsələ kimi yanaşıldığı qeyd olundu. Daha sonra ölkə başçısının həyata keçirdiyi sosial, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Bayraq Muzeyi son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermiş, birinciliyi açıq elan etmişlər.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda Qurban Allahverdiyev (39 nömrəli məktəb), Elnur Qasımov (22 nömrəli məktəb), Eldar Babayev (34 nömrəli məktəb), Səid Axundzadə (43 nömrəli məktəb), Emil İlyasov (31 nömrəli məktəb), Nihad Ağayev (22 nömrəli məktəb), Həsən Həsənzadə (Texniki və Təbiət Elmləri Liseyi), Fuad Qədirov (9 nömrəli məktəb), Elnur Nəsirov (26 nömrəli məktəb) və Fəqan Həsənzadə (31 nömrəli məktəb) müvafiq olaraq 1-10 cu yerləri tutmuşdur.

Yarışda I-X yerləri tutan idmançılar Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə mükafatlandırılmışdır.





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər