Xəbər xətti

19-04-2019

17-04-2019

Yazarlar
Namiq Dəlidağlı





Rublika
Arxiv
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Ən çox oxunanlar
Sorğu

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib -ŞƏKİLLƏR

Baxılıb: 465     Tarix: 17-04-2019 18:02   
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib
Sumqayıtda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan kütləvi şöbənin müdiri Əmirova Sevinc bildirdi ki, bu il muzeydə hazırlanmış bütün tədbirlərin şəhərin 70 illiyi çərçivəsində təşkili nəzərdə tutulur və elmi maarifləndirici xarakter daşıyır. Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Olya İslamova Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü haqqında məlumat verərək dünyada abidələrin qorunması və tanıdılması misiyasına xidmət etdiyini vurğuladı. “Sumqayıtın memarlıq abidələri” adlı mühazirəsi ilə muzeyin əməkdaşı Səidə Səfərova çıxış etdi. 17 saylı məktəbin 8-ci sinif şagirdləri Səfərli Aynur, Əzizova Zəhra Rafiq Yusifoğlunun “Sumqayıtın nağılı”, 14 saylı məktəbdən Pirimova Xalidə, Həsənli Bəyaz Rafiq Odayın “Arzum sülh adında göyərçin oldu”, 4 saylı məktəbdən 7-ci sinif şagirdi Əliyeva Nuray Əşrəf Veysəllinin “Bir bina var” şeirlərini səsləndirdilər. Tədbirə dəvət almış uzun illər Sumqayıt şəhərinin baş rəssamı olmuş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov, Əməkdar mədəniyyət xadimi şair Əşrəf Veysəlli, rəssam Tofiq Əhmədov çıxışlarında Sumqayıtda mövcud olan tarixi abidələr və onların tarixi haqqında geniş məlumat verdilər. Tədbirdə 39 və 14 saylı məktəbin müəllim və şagird heyəti iştirak etdilər.

Sonda “Sumqayıt 70” adlı videoçarx və şəhərdəki abidələrə həsr olunmuş virtual sərgi nümayiş olundu.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər