Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Doktor Hümbət Quliyevin növbəti kitabı nəşr edilir...

Baxılıb: 2204     Tarix: 20-08-2018 15:47   
Doktor Hümbət Quliyevin növbəti kitabı nəşr edilir...


"STATUSMAN" Doktor Hümbət Quliyev yenidən öz qeyri-adi düşüncələr-statuslar kitabı ilə dostların, oxucuların görüşünə gəlir. Uğurlu olsun!

...Sumqayıtda çox az adam tapılar ki, onu - şəhərin nüfuzlu ziyalısı, istedadlı həkim Hümbət Quliyevi tanımasın. Əslində nəinki Sumqayıtda, hətta Bakıda və yaxın-uzaq rayonlarımızda da Hümbət həkimi müdrik, qeyri-adi fikir və kəlamları, hikmətli, duzlu-məzəli söz-söhbətləri ilə tanıyanlar az deyil. Başdan ayağa ziyalı nümunəsi olan, yüksək intellekti ilə qabarıq şəkildə seçilən Hümbət həkim vaxtilə Dədə Qorquddan, Bəhlul Danəndədən, Molla Nəsrəddindən, Nizami-Nəsimi-Füzuli "dahilər üçlüyü"ndən, Sədi Şirazidən, Ömər Xəyyamdan, hindlilərin "Kəlilə və Dimnə"sindən, Rabindranat Taqorundan və s. bəhrələnərək, hikmət dünyasının dərinliklərinə elə nüfuz etmişdir ki, artıq həyata və cəmiyyətə də adi yox, müdriklik prizmasından baxmağa sadəcə vərdiş etmişdir.
Doktor Hümbət Quliyev son bir-iki ildə feysbuk səhifələrində maraqlı fikir və düşüncələri ilə o dərəcədə böyük marağa səbəb olmuşdur ki, onun geniş dünya görüşünün, intellektinin bəhrəsi kimi yaranan statuslarının toplanaraq küll halında çap edilməsi ideyası "zər qədrini bilən zərgərlərin" - çoxsaylı oxucuların istəyi kimi meydana gəldi və çox tezliklə də reallaşdı.
Və əgər Hümbət həkimin FB meydanına bir fikir-düşüncə bahadırı kimi girib "gərdiş" etməsinə professor dostu Sahib Fərzəliyev səbəb olmuşdusa, onun hikmətli kəlamlarını, qeyri-adi fikirlərini elə FB səhifələrindən toplayıb, müəllifdən xəbərsiz və təmənnasız kitab halına salan iki istedadlı gənc dost - şərqşünas-filoloq Vüsal Hətəmov və jurnalist Bəhruz Salmanov oldu.
Təqdirəlayiqdir ki, Hümbət həkimin özünün orijinallıqla, informasiya texnologiyaları əsrinə uyğun olaraq "Statusman" adlandırdığı ilk statuslar kitabı elə maraqla qarşılandı ki, nə zamansa kitab yazmaq fikrində belə olmayan Hümbət həkimin heç yarım il keçməmiş ikinci kitabı da ərsəyə gəldi.
Adi bir status deyil, kamil, fəlsəfi bir bədii əsər olan "Kəpənək xoşbəxtliyi"nin adı ilə oxuculara təqdim olunan bu kitabda da ilk "külliyyat"da olduğu kimi Hümbət həkim özünün statuslarının qeyri-adiliyi, fəlsəfi fikir və düşüncələri ilə, milli-mənəvi dəyərlər əsas götürülməklə həyata və cəmiyyətə müdrik, yeni baxışı ilə xüsusi maraq doğurur.
İnanırıq ki, fəlsəfi-etik fikirlər "generatoru" olan doktor Hümbət Quliyev artıq yalnız statusman kimi deyil, yazıçı-statusman kimi yeni olan "FB janrında" daha böyük uğurlar qazanacaq. Şübhə yoxdur ki, oxucular da tam əminliklə, birmənalı şəkildə bu fikirdə olacaqlar.

Rəhman Orxan


Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər