Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"...Küçələrində gilavarın ayaq izləri" -VAQİF İBRAHİM

Baxılıb: 2714     Tarix: 19-02-2016 22:04   
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi hər həftə “Yad et məni” silsiləsindən şəhərimizdə yaşayıb dünyasını dəyişən qələm sahiblərinin birinin əsərlərindən nümunələri Sumqayitfakt.az-da oxuculara təqdim edir:

"...Küçələrində gilavarın ayaq izləri"


İÇƏRİŞƏHƏR

I

Evlər -
zənci saçları kimi
qarışıq.
Üst - başları
qırışıq.
İçərişəhər -
Bir - birilə
düyün düşmüş küçələr.
Ayaqyalın olduğundan
qışda
üşümüş küçələr.
Hərdən
kiminsə xatirələri
qaraldar qanını,
azar burda,
tapa bilməz
axtardığı qapını.
Daş hasarlar -
şəhərin əlində tutduğu
qalxan kimi.
Damağında - Qız qalası,
sönmüş qəlyan kimi…

II

Küçələrində
gilavarın
ayaq izləri.
Daş hasarlarında
buludların
damlalarla yazılmış
anlaşılmaz sözləri.
İçərişəhər -
çox görüb
«Mənəm, mənəm!» - deyəni də,
özgə malını
öz malı kimi
yeyəni də.
İçərişəhər -
dünənki Bakının
daş yaddaşı, -
unutmayıb heç şeyi.
İçərişəhər -
Xəzərin sahilinə
baş qoyub uyuyan
Bakının körpəliyi.
Çıxıb Dağüstü parka
baxır Bakı,
baxır dönə - dönə,
heyran - heyran…
Baxır,
dizlərinin üstündə
uyuyan körpəliyinə…

QOCALARIN GÖRÜŞÜ

Qəfildən görüşdülər,
karıxdılar,
çaşdılar.
Birdən ötən illərə
düşüb,
cavanlaşdılar.
Sevincə döndü anlar.
Ev də, övlad da indi
çıxmışdı yadlarından.
Bu istədi,
o dinsin.
O, istədi, bu dinsin.
Kişi yandı sükutda,
İstədi bir söz desin.
Sandı ki, deyəcəyi
söz deyil,
ürəyidir;
dilinin ucundaca
bir ümid saplağından
asılıbdır elə bil.
Əgər dinməsə, onu
sonra qınar ürəyi.
Dinsə,
qorxur ki, birdən
zərif ayaqlar alta
düşər,
sınar ürəyi…
Onlar görüş müddəti
tamam cavan qaldılar.
Ancaq
ayrılan kimi
yenidən qocaldılar…

***

Hər şeirim tanıdar səni aləmə,
Mənim hər misramda, sözümdə varsan.
Bəlkə biganəsən şeirlərimə,
Əlinə düşdümü, cırıb atırsan.

Neyləyim? Vaxt gələr, balıqçı kimi
Qocalıq səni də toruna salar.
O zaman ün yetməz gözəlliyindən
Sənə bu şeirlər yadigar qalar.

Bir küncə çəkilib…
qəlb ağrısıyla
Tapıb, oxuyarsan onları bir - bir.
Ötən gəncliyini qocalığına
Tanıdar hər şeirim sətirbəsətir.

Gecikmiş göz yaşın düşər misrama, -
Bunu hiss eləyər qəlbim o axşam.
Sənin ürəyindən bu sözlər qopar:
«İlahi, nə qədər gözəl olmuşam!..»


Vaqif İbrahim


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər