Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Gülyaz və Gülyanaq bacılarının ailəsində faciə

Baxılıb: 3513     Tarix: 24-09-2019 15:49   
Gülyaz və Gülyanaq bacılarının ailəsində faciə

Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananlar tanınmış xanəndələrin qohumlarıdır.

Sumqayitfakt.Az report-a istinadən xəbər verir ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov Xalq artisti Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.

Məlumata görə, hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar Mövsüm Məmmədkərimovun övladlarıdır.

Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov "Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib.

Gülyaz Məmmədova məlumatı təsdiqləyib. Lakin o, hadisə barədə daha ətraflı məlumatı olmadığından açıqlama vermək istəmədiyini bildirib.

Qeyd edək ki, hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" və "Picap" markalı avtomobillər toqquşub. Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ 2106" markalı avtomobildə olub.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər