Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Xalq artisti xəstəliyinə görə Türkiyəyə gedir

Baxılıb: 430     Tarix: 10-09-2019 15:30   
Xalq artisti xəstəliyinə görə Türkiyəyə gedir

Xalq artisti Naibə Allahverdiyeva müalicə olunması üçün Türkiyəyə aparılır.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə lent.az-a tanınmış aktrisanın özü məlumat verib:

"Azərbaycanda bir çox həkimlərə müraciət elədim. Hərəsi bir xəstəliyin adını çəkdi. Tomoqrafiya etdirdim, yenə də başları çıxmadı. Bilirsiniz, nə qədər pulum çıxdı? Dərmanlara və müayinələrə verdiyim pulları saysam, şoka düşərsiniz. Azərbaycanda olan həkimlər məni qorxutdu. Konkret hansı xəstəlikdən əziyyət çəkdiyimi demədilər. Əvəzində 2 dəfə ölümlə üz-üzə qaldım. Bir həkim sistem vurdu, elə sistemin altında ölürdüm. Güclə ayıldım, Bunu mətbuata açıqladım. Amma sonra yenidən başqa həkimə getdim. O, dərman yazdı, dərmanı içəndən sonra rəsmən ölürdüm. Allaha çox şükür ki, sağ qaldım. Bir sözlə həkimlərin səriştəsizliyinin qurbanı oldum. Ona görə də müayinələrimi yığıb Türkiyəyə göndərdim. Oradan cavab gəldi ki, gəlsin, yenidən yoxlayaq və konkret cavab deyək. Bu gün saat 16:00-da Türkiyəyə gedəcəm. Ümid edirəm ki, yaxşı olaram”.

Qeyd edək ki, N.Allahverdiyeva bundan əvvəl mediaya açıqlamasında bu sözləri demişdi:

"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar”.

Həkim aktrisaya vurulan iynənin vaxtıkeçmiş olduğunu bildirib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər