Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Afət "fırıldaqçı" dedikləri gələcək ərini müdafiə etdi: Qoy, məni də aldatsın, razıyam

Baxılıb: 361     Tarix: 05-09-2019 19:42   
Afət "fırıldaqçı" dedikləri gələcək ərini müdafiə etdi: Qoy, məni də aldatsın, razıyam
Müğənni Afət Fərmanqızı gələcək əri olduğunu dediyi iş adamı Hacı Roma (Ramal Hüseynov) ilə bağlı iddialara cavab verib.

Sumqayitfakt.Az xəbər verir ki,o, oxu.az-a açıqlamasında jurnalist Sara Safuranın Romanın zəngin xanımlarla münasibət qurub, onlardan istifadə edib ayrılması barədə ittihamlarının əsassız olduğunu deyib.
Afətin sözlərinə görə, Hacı Romanın keçmiş xanımı jurnalisti pul müqabilində satın alıb:
"Sara söyləyir ki, Hacı varlı qadınlarla münasibətə girir, maddi imkanlarından istifadə edir. Sonra deyir ki, Hacı Afətə 240 min dollara "Gelandewagen" avtomobili alıb. Burada məntiq haradadır? Əgər onun pulu yoxdursa, maşını necə ala bilər?

Əvvəla həmin avtomobili mənə o almayıb. Mart ayında avtomobilə sahiblənmişəm. O ərəfədə isə biz bir-birimizi heç tanımırdıq. İyunda tanış olmuşuq və daha sonra aramızda ciddi münasibət yaranıb. Biz heç kimdən qaçıb gizlənmirik.

O qadın jurnalist ağlına gələn hər yalanı ağzına alır. Niyə toy söhbətləri ortalığa çıxan kimi Sara başladı iftiralar atmağa?

Mən iddia edirəm ki, bu, Hacının eks-həyat yoldaşının işidir, Saraya pul verib ki, get, Hacı haqqında bunları danış. Özü də guya taktika işlədir, məni qoruyur, oğlana isə qara ləkə yaxır".

Afət Fərmanqızı Hacının onu aldatmasına razı olduğunu da deyib:

"Sara doğru-dürüst adam olsaydı, şəxsən mənimlə görüşüb danışardı. O, Allahsız adamdır. Bu adamın əlində dilinə gətirdiklərinin sübutu yoxdur. Müsahibədə deyir ki, Hacıdan uzaq dur, o səni yeyib bitirəcək.

Hamısı içinə qədər yanıb partlayır, özü də cəm şəklində.

Ayrılmısınız, çox gözəl, onun şəkillərini yaymaqla nə əldə edəcəksiniz? Sizi aldadıb, çox gözəl, qoy, məni də aldatsın, razıyam. Mən çox ağıllı xanımam. Yel qayadan heç nə aparmır. İşdir, bizim gələcəkdə anlaşılmaz nöqtəmiz olsa belə Sarakimilər çıxıb deməsin ki, bax, mən sənə öncədən xəbərdarlıq etmişdim. Heç kim heç nədən sığortalı deyil. Həyatda hər şey ola bilər. Mənə görə heç kəs narahat olmasın".

Afət, S.Safuranın saxta, dələduz adlandırdığı Hacı Romanın ona şəhərin mərkəzində üç otaqlı mənzil də hədiyyə etmək istədiyini deyib:

"Gələcək həyat yoldaşım mənə evlənmək təklifi edəndə, üç otaqlı ev hədiyyə etmək istədi. Mən isə qəbul etmədim. Söylədim ki, övladımız olar, o ev də ona qismət olar. Çünki mənim əlavə evə ehtiyacım yoxdur. Hacının dəbdəbəli evləri, lüks avtomobilləri, gözəl işi və qurduğu uğurlu biznesi, karyerası var. Bizim xasiyyətimiz, yaşımız, görkəmimiz, dünya görüşümüz də uyğundur. İndi kimsə mane olmaq istəyirsə, eləsin. Nə istəyirlərsə, yazıb pozsunlar. Hamısı bizə "vız" gəlir".

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər