Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Röya: "Deyirlər ki, qiymətimiz bahadır, qəşəng qız baha olar da...”

Baxılıb: 354     Tarix: 05-09-2019 15:12   
Röya: "Deyirlər ki, qiymətimiz bahadır, qəşəng qız baha olar da...”
İnstaqram-da paylaşılan gic-gic videolardan, informasiyalardan bezdim. "Rayonda filankəs arvadını başqasıyla tutdu" başlıqlı görüntüləri görmək istəmirəm.

Sumqayitfakt.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "MTV Azərbaycan"a açıqlamasında bildirib. O, proqramda İnstaqram sosial şəbəkəsi ilə vidalaşma səbəbini açıqlayıb:

"Hamımızın səhvi var, görə-görə yaşayırıq. Biz incəsənət üzvləriyik, çimərlikdə fotolarımız da yayıla bilər. Bu normaldır. Amma sadə camaatın ora-burasını görmək istəmədim. İnstaqram-ı səhifəmdən sildim. İndi də təzə telefona yükləyə bilmirəm, aləmi bir-birinə qatmışam".

Həmçinin Röya depressiyaya düşdüyü üçün sosial şəbəkədən getməsi barədə yayılan məlumatları təkzib edib: "Depressiyanın İnstaqram-a nə aidiyyəti var? Adam sevgilisindən ayrılıb depressiyaya düşər. Onsuz İnstaqram-a marağım az idi, şəkil çəkdirməkdən də xoşum gəlmir. Mən beləyəm".

Bundan əlavə, Əməkdar artist qardaşını evləndirməyə hazırlaşdığını söyləyib: "Qardaşlarım əsgərlikdən gəlib. Yəqin ki, birinin toyunu edərəm. Yaman evlənmək istəyir. Biri nişanlıdır, amma deyir ki, tezdir, evlənməyək. Amma bu biri özünü öldürür ki, məni evləndir".

Eyni zamanda sənətçi rayon toylarına yüksək qonorarla getdiyini də açıqlayıb: "Guya mən demişəm ki, rayon toylarına getmirəm. Hara gedirəmsə, hamı əyləşir, əl çalır. Mən də lirika oxuyuram. Ondansa rayonlara konsertə gedim. Başqalarına elə yaxşı oynayırlar ki... Şəmkirlilər məni çox istəyir, anam oralıdır. Haradan təklif gəlirsə, getmişik. Bir az deyirlər ki, qiymətimiz bahadır. Qəşəng qız baha olar da..."

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər