Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Nadir Qafarzadə və Elton Hüseynəliyev səfir oldu

Baxılıb: 380     Tarix: 04-07-2019 17:35   
Nadir Qafarzadə və Elton Hüseynəliyev səfir oldu
21 iyul tarixində “Crystall Hall”da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər Festivalına iki həftədən bir qədər çox vaxt qalıb.

Sumqayitfakt.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub.

Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.

Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Müğənnilər Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan edilib.

Qeyd edək ki, bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da festival könüllülərinin “Ulduz səfirləri” elan olunub. Onlar festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.

Atletlər Kəndi yarışa tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaq.

Qeyd edək ki, festivalda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər kəs şəxsiyyət vəsiqəsi ilə dörd ədəd bilet əldə edə bilər. Bu, hətta məktəbli şagirdlərə şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə çox sayda bilet ala bilər.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər