Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

"Ay bacı, ay qardaş, nəyi qurban vermisən?" - Sənubər İsgəndərli

Baxılıb: 3141     Tarix: 29-03-2019 22:33   
"Ay bacı, ay qardaş, nəyi qurban vermisən?" - Sənubər İsgəndərli
Əməkdar artist Sənubər İsgəndərli “Dikdaban” proqramının qonağı olub.

Sumqayitfakt.Az xəbər verir ki, aktrisa səmimi açıqlamaları ilə diqqət çəkib.

İsgəndərli qadın və kişi bərabərliyindən söhbət açıb:

“Kişinin kişi yeri var, qadının qadın. “Kişi kimi qadın” ifadəsi xoş səslənmir. Qadın üstünə düşən missiyanı yerinə yetirə bilər, düşünmürəm ki, o, nəyisə çatdıra bilməsin”.

Sənətçi haqsızlıq görəndə susduğunu deyib:

“Gənclik dövründə çılğın olursan, illər adama səbri öyrədir. Hərdən deyirlər ki, çox səbrlisən. Elə situasiyalar olur ki, özümdən çıxsam, yeri olmayacaq. Zaman çox şeyi yerinə qoyur. Səbrimlə çox şeylərə nail olmuşam.

İnsan süni olanda səmimi tərəfini göstərmir ki, bata ilər. Məndə sünilik yoxdu. Düşünürəm ki, “oynamağ”ın nə mənası var? Səhnədə oynayıram, o paltarı çıxarandan sonra özümə qayıdıram. Hər yerdə olduğum kimiyəm. Görünməyən tərəflər hamıda var. İstərdim ki, elə onu görünməyən yerdə qoyaq”.

Teatrla bağlı fəaliyyətindən söz açan aktrisa özünə məhdudiyyətlər qoymadığını bildirib:

“Mən bu sənət yolunda qurbanlar vermişəm, həlak olmuşam” sözünü sevmirəm. Ay bacı, ay qardaş, nəyi qurban vermisən? Əgər sevdiyin sənətlə məşğul olmusansa, bu, sənə yalnız xoşbəxtlik gətirib. Sevdiyim işlə məşğulam, işə gedəndə xoşbəxt oluram. Bütün sahələrdə problemlər olur. Heç vaxt demərəm ki, ömrümü bu sənətdə çürütmüşəm”.

Biri var kütləvi sənət, biri də var elitar sənət. Elitar sənətdə geniş kütlə səni tanımaya da, tanıya da bilər. Əgər bu gün tələbat varsa, rejissor düşünürsə ki, bu aktrisadan başqası mənim üçün yoxdur. Tamaşaçı teatra ona görə gəlirsə, titrlərdə onun adı yazılırsa, o, artıq xalq artistidir. Sənətimə olan hörmətimdən dolayı məhdudiyyətim yoxdur”.axşam.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər